Matsexçay — Zaqatala rayonu ərazisində çay.

Haqqında Matsexçay Katexçaydan ayrılaraq sol tərəfdən Qanıxçaya tökülür. Matsex kəndində çayın üzərində SES tikilmişdir. Çayın adı bəzi mənbələrdə Masex variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, çayın adı udin dilindəki matsi (ağ) və xe (su, çay) sözlərindən ibarət olub, "ağ su, ağ çay" mənasındadır.

Mənbə Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, II cild, Bakı, 2007.

Kateqoriya:Azərbaycan çayları