Qas Kenuorti () (doğ. 1 oktyabr 1994) - Koloradonun Telluride şəhərindən olan Britaniya doğumlu ABŞ xizəkli fristayl idmançısıdır. 2014 Soçi Qış Olimpiya Oyunlarında Kenuorti gümüş medal qazanmışdır.

Erkən həyat və təhsil

Kenuorti ingilis ana və amerikan ata olan Pip və Piter Kenuortinin üç övladının ən kiçik olanıdır. Onun Hyu və Nik Kenuorti adlı iki böyük qardaşı var.

Kenuortilər ailəsinin başçısı Piter 2006-cı ildən Telluridedə keçirilən “Mountainfilm Film Festivalı”nın icraçı direktorudur. O, əvvəllər bir beçə il Londonda, daha sonra isə bir neçə il Filadelfiyada bankir işləmişdir. Kenuortinin anası Pip isə əslən İngiltərənin Bristol şəhərindəndir. O, səkkiz uşaqlı böyük ailədə doğulmuşdur. 1970-ci illərdə Londondan köçən Pip Kinqs Hed Teatr Klubunda kostyumlar üzrə işləməyə başlamışdır. 1993-cü ildə o zaman iki yaşı olan Qasla birlikdə ailə Telluride şəhərinə köçmüşdür.

Qas 2010-cu ildə Telluride Yüksək Məktəbini bitirmişdir. Əslində məktəbi 2009-cu ildə bitirməli olan Qas idman məşqləri üçün bir illik fasilə götürmüşdür.

Karyerası

Kenuorti 2011, 2012 və 2013-cü illərdə Fristayl Xizəksürmə Asossasiyasının Dünya Çempionatının qalibi olmuşdur. 2013-cü ildə Soçidə keçirilən Olimpiadada gümüş medal qazanmış Qas, həmin il Fransanın Tin şəhərində keçirilmiş Qış X Oyunlarının bürünc medalını qazanmışdır. 13 fevral 2014-cü ildə Kenuorti Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının gümüş medalını qazanmışdır.

Mətbuatın diqqəti

Kenuorti beynəlxalq mətbuatın diqqətini fotoqraf dostu Robin Makdonaldın onun fotosunu paylaşmasından sonra qazanmışdır. Belə ki, Qas 2014-cü ildə Soçidə olarkən dörd körpə və bir ana küçə itini xilas etmiş, dostu isə bu zaman onun şəklini çəkmişdi. O, bir aydan çox burada qalaraq, itlərin xilası ilə məşğul olmuş və onları özü ilə apara bilmək üçün sənədlər hazırlamışdır. Onun bu fəaliyyəti sonradan Soçidə küçə itləri ilə bağlı problemlərə daha çox diqqət ayırılması ilə nəticələnmişdir.

Şəxsi həyatı

22 oktyabr 2015-ci ildə Qas kaminq aut etmişdir. Hazırda kanadalı fotoqraf Robin MakDonaldla uzun müddətli münasibətdən sonra o, subaydır.

İstinadlar

Xarici keçidlər Qas Kenuortinin Abş Komandasının saytındakı səhifəsi

Kateqoriya:1991-ci ildə doğulanlar Kateqoriya:1 oktyabrda doğulanlar Kateqoriya:ABŞ fristayl xizəkçiləri Kateqoriya:Homoseksual idmançılar Kateqoriya:2014 Qış Olimpiya Oyunlarının medalçıları‎ Kateqoriya:Olimpiya gümüş medalına sahib ABŞ idmançıları