Sami Naseri ( ; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru.
Həyatı O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi.
1998-ci ildə "Taksi" filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə "Patriotlar" filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb.
Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Filmoqrafiya 1998 —Taksi/ Taxi — Daniel Morales
Xarici keçidlər
Röya — Günahsız Günahım
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Parisdə doğulanlar