Senqe (Çeçen-xuntaycı) 1630 — 1671) — Cunqar xanlığının ikinci hakimi, Erdeni-batırın vəliəhdi.
Həyatı Erdeni-batır xuntaycının 1653-cü ildə ölməsindən sonra yerinə onun vəsiyyəti doğrultusunda beşinci oğlu Senqe keçmişdir. Cunqar xanlığının taxtına Senqenin keçməsi, Batır xuntaycının digər oğullarının və bəzi noyonların etirazına səbəb olmuşdu. Senqeyə qarşı bəzi mübarizələr aparılsa da o, bunları bərtərəf etmişdir. Daha sonra Senqe, Cunqar xanlığı ilə davamlı mübarizə içində olan və Şərqi Monqolustanda hökm sürən Altan xanlar sülaləsiylə savaşmış və onları məğlubiyyətə uğratmışdır.Çuluuni Dalay, göstərilən əsəri, s. 129-130. Beləcə Cunqar xanlığının gücünü daha da artırmışdır. Rusiya ilə olan yaxşı münasibətləri inkişaf etdirməyə səy göstərmiş və Rusiyaya 1664-1670-ci illər arasında bir çox dəfə elçi göndərmişdir.Ya. Zlatkin, göstərilən əsəri, s. 146. Senqenin, 1671-ci ildə ögey qardaşları Çeçen və Zodv tərəfindən öldürülməsiylə birlikdə Cunqar xanlığında qısa müddətli iqtidar mübarizəsi yaşanmışdır.
Ədəbiyyat Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г. Dalay Çuluunii, Oyrad Mongoliin Tuuh, Ulaanbaatar 2000.
İstinadlar
Həmçinin bax Cunqar xanlığı
Kateqoriya:Hökmdarlar Kateqoriya:Cunqar xanlığı Kateqoriya:Cunqar xanları