Kastos (Yunanca: Καστός)- Yunanıstanda yerləşən adadır. Ada Lefkada və İon adasından şərqdə yerləşmişdir. 2011-ci ildən yerli idarətmə islahatlarından sonra adanın bələdiyyəsi Lefkada bələdiyyəsinin tabeliyinə keçib.Kallikratis law Greece Ministry of Interior Ada Lefkada prefekturasına daxil olmazdan əvvəl, yəni 1974-cü ilə qədər Çefaloniya prefekturasının tabeliyində olub.EETAA local government changes Adaya ən yaxın ada Kalamos adasıdır. Ada təxminən Aetoliya- Akarnaniya regionundan 5 km şimalda yerləşmişdir.
Coğrafiyası Adanın yalnız bir kəndi Kastos adasının şərq sahilində yerləşmişdir. Əsasən balıqçılıq və turizm xidmətləri ilə məşğul olan adanın 80 nəfər əhalisi var. Adada Kastrioti diasporu yay ərzində mövsümi xarakter daşıyan, yaxta ilə gələn qonaqlar üçün bayramlar təşkil edirlər. Adanın şimaldan cənuba doğru uzunluğu 7 km, eni isə 800 m-dir. Sahəsi 5,901 kvadrat kilometr, ən yüksək nöqtəsi isə Aralıq dənizi səviyyəsindən 142 m hündürlükdədir. Kastos adasından iki kilsə yerləşir. Agios İoannis Prodromos kilsəsi kəndin mərkəzində, Agios Emilianos kilsəsi isə kənddən 4 km şimalda yerləşmişdir. Agios İoannis kilsəsinin divarları görkəmli rəssam Spiridon Gizasın rəsmləri ilə bəzədilib. Həmçinin adada iki yel dəyirmanı və üç zeytun fabriki fəaliiyyət göstərirdi. Lakin onların heç biri hal-hazırda fəaliyyət göstərmir..
Əhalisi İl Adanın əhalisi 1981 68 1991 50 2001 120 2011 80
İqtisadiyyat Ada əsasən kənd təsərrüfatı və balıqçılıq, taxıl və üzümün yetişdirilməsi, eləcə də şərab istehsalı ilə məşğul olur. Bu da əhəmiyyətli turizm potensialıdır. Adanın şərq sahilində, dənizə yaxın ərazidə liman fəaliyyət göstərir..
Flora və fauna Adada ən geniş yayılmış ağac növü zeytun ağacıdır.
İstinadlar
Xarici keçidlər Kastos (island) information Kastos (village) information Kateqoriya:İoni dənizi adaları Kateqoriya:Yunanıstan adaları