Yuri Xaçaturov (, ) — Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi, general polkovnik, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri.
Həyatı Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda, Borçalının Ağbulaq (indiki adı Tetritskaro) şəhərində anadan olub. 1969-cu ildə Ağbulaq orta məktəbini bitirdikdən sonra Tbilisi Artilleriya məktəbinə daxil olub. Yuri bu məktəbi fəxri diplomla 1974-cü ildə bitirib. Məzun olduqdan sonra Yuri Xaçaturov Uzaq Şərqdə yerləşən artilleriya alay vzvodunun komandiri təyin edildi. 1976-dan 1982-ci ilədək Yuri Xaçaturov Uzaq Şərqdə artilleriya batareyasının komandiri, qərargah rəisi, tank əleyhinə artilleriya batalyonunun komandir müavini kimi vəzifələrdə xidmət edib.
Hərbi xidməti
Sovet ordusu Y. Xaçaturov 1982-dən 1985-ə kimi Leninqraddakı Kalinin Hərbi Artilleriya Akademiyasında təhsil alır. Bundan sonra o, Belarus Hərbi Dairəsinin Raket Qoşunlarının və Artilleriya Tank Diviziyasının qərargah rəisi təyin edilir. Daha sonra Xaçaturov 1987-ci ildən 1989-cu ilin fevralına kimi Əfqanıstandakı 40-cı Ordunun Raket Qoşunlarının və Artilleriya Diviziyasının qərargah rəhbəri təyin edilir. Əfqanıstan müharibəsindəki xidmətlərinə görə Xaçaturov Vətən Qarşındakı Xidmətlərinə görə Ordeni, iki dəfə Qızıl Ulduz Ordeni və Əfqan Ulduz Ordeni ilə təltif olunur.
Ermənistan ordusu Əfqanıstanda xidmət etdikdən sonra Xaçaturov Belorus Hərbi Dairəsinin tank ordusunda artilleriya briqadasının rəhbəri təyin edildi. Sovet Birliyinin dağılmasından sonra Belarus Müdafiə Nazirliyinin xüsusi sərəncamı ilə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinə təyinatlandırıldı və orada 1992-ci ilin aprelində ikinci piyada alayının rəhbəri təyin edildi. Onun rəhbərlik etdiyi qoşunlar Birinci Qarabağ müharibəsində aktiv olaraq iştirak edirdi.
1992-ci ilin sentyabrında Xaçaturov Ermənistan Silahlı Qüvvələri Sərhəd Qoşunlarının rəhbər müavini təyin edildi. O, Gorus Piyada Alayının, Tavuş Motoatıcı Briqadasının, birinci və dördüncü ordu korpuslarının və onların hərbi birləşmələrinin qurulmasının təşəbbüskarı olub. Xaçaturov həmçinin Ermənistan Ordusu Baş Qərargah rəisinin müavini vəzifəsini də icra edib.
1995-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın sərəncamı ilə Yuri Xaçaturova general mayor rütbəsi verildi. Sonra 2000-ci ildə General leytenant və 2008-ci il 15 apreldə General Polkovnik rütbəsinə qaldırıldı. 21 mart 2000-ci ildə Ermənistan Müdafiə Nazirinin müavini təyin edilib. 2008-ci il 15 apreldə Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi təyin edildi. 2013-cü ildə Yuri Xaçaturovun vəzifə müddəti daha 4 il, 1 may 2017-ci ilə qədər uzadıldı.
Şəxsi həyatı Evlidir, üç oğlu var.
Korrupsiya ittihamı 2016-cı ildə Ermənistan mətbuatında Yuri Xaçaturova aid olduğu iddia edilən villanın şəkilləri paylaşılıb. İddiaya görə rəsmi illik gəliri 24 min ABŞ dolları olan baş qərargah rəisinin belə bir malikanəsinin olması onun dövlət vəsaitlərini qanunsuz olaraq mənimsəməsini sübut edir.
İstinadlar
Kateqoriya:Ermənistan Müdafiə Nazirliyi Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Tetritskaroda doğulanlar Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı ilə təltif edilənlər (Ermənistan) Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:Ermənistan generalları