Samuel Armstronq () - Amerika pedaqoqu. Quldarlıq əleyhinə çıxmış, zəncilər və hindilər üçün təhsil müəssisələri yaradılmasının layihəsini hazırlamışdır.

1868-ci ildə Virciniya ştatının Hempton şəhərində zənci və hindi uşaqlarından müəllim hazırlayan pullu inistutun əsasını qoymuş, ömrünün sonunadək ona rəhbərlik etmişdir. İnistutda ümumi təhsil fənlərindən başqa tələbələrə müxtəlif peşə (dəmirçilik, çəlləkçilik, çəkməçilik, dülgərlik və toxuculuq) öyrədilirdi. Sonradan Hemptondakı təhsil mərkəzinə bənzər təhsil müəssisələri başqa ştatlarda da açılmağa başladı.

Mənbə

Kateqoriya:Virciniyada vəfat edənlər Kateqoriya:Pedaqoqlar Kateqoriya:ABŞ-də doğulanlar