"Müharibənin siması" () — ispan rəssamı Salvador Dalinin 1940-cı ildə çəkilmiş rəsm əsəri. Rotterdam şəhərində yerləşən Boymans Van Böningen muzeyində saxlanılır.
Haqqında Rəsm əsəri rəssamın səkkiz il yaşadığı və ümumdünya şöhrətinin zirvəsinə çatdığı ABŞ-də çəkilmişdir. Əsərin süjeti qeyri-adi dərəcədə vahid istiqamətə malikdir. Dali burada "böhranlı paranoid üslubu"ndan daha çox simvolizmin vasitələrini qabardır. Kətan üzərində fısıldayan ilanlarla əhatə olunmuş, kəllə sümüyünə bənzər baş təsvir edilmişdir. Göz və ağız boşluğu da daxil olmaqla, başın hər üç dəliyində kəllə yerləşdirilmiş və onların da içi kəllələrlə işlənmişdir. Buna görə də baş "saysız-hesabsız ölümlə doldurulmuşdur".
Əsərin aşağı sağ tərəfində Salvador Dalinin əl izini görmək mümkündür.
İstinadlar
Xarici keçidlər Müharibənin siması Salvador Dalinin rəsm qalereyasında.
Kateqoriya:Salvador Dalinin rəsm əsərləri Kateqoriya:1940-cı ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Müharibə əleyhinə rəsm əsərləri Kateqoriya:Ölüm haqqında rəsm əsərləri