Tomas Qrant Qastin (; ) — ABŞ aktyoru, musiqiçisi və rəqqası. Berri Ellen rolu ilə The CW kanalının hit serialı olan olan Fləş serialında, həmin rol ilə Ox serialında (hər ikisi DC Comics-dəki eyni adlı obrazlara əsaslanır), eləcə də Sebastian Simayt rolu ilə Fox-da yayımlanmış olan Qli ilə tanınır.

Həyatı və Karyerası Qrant, Virciniya ştatının Norfolk şəhərində dünyaya gəlib. O, tibb bacısı olan Tina Haney və kollecdə professor kimi fəaliyyət göstərən Tomas Qustinin oğludur.http://webcache.googleusercontent.com/search?q=cache:H-t8VIskZ2QJ:http://www.elon.edu/news/hometown/pdf.aspx%3Fid%3D41566%26download%3Dtrue%2B%22son+of+Tom+Gustin+and+Tina+Haney+of+Norfolk,+VA%22&hl=en-CA&gbv=1&ct=clnk Orta məktəb illərində öz şəhərindəki İncəsənət üzrə qubernatorlar məktəbi proqramına musiqili teatr üçün qatılır. O həmçinin Hurrah Players Incorporated adlı digər teatr məktəbinə də getmişdir. 2008-ci ildə Qranbi Orta Məktəbindən məzun olduqdan sonra 2 il ərzində Şimali Karolinada yerləşən Elon Universitetinə BFA Musiqi Teatrna fakultəsinə daxil oldu.

Qərb Tərəfinin Hekayəsi adlı dirçəliş turu çərçivəsində burada Babi Con rolu üçün məktəbi tərk etdi və 30 sentyabr 2010-cu ildən 23 sentyabr 2011-ci ilə qədər layihədə iştirak etdi.

8 noyabr 2011-ci ildə Qli serialında Dalton Varblers Akademiyası adlı qey klubunun üzvü olan Sebastian Simayt rolunu ifa etməyə başladı. O həmçinin serialda rəqqas rolunuda oynayacaqdı lakin həmin hissəni almadı. Buna baxmayaraq Rian Mörfi bunu sonraya saxladı. O, rolunu oynamağa cümə günü Qərb Tərəfin Hekayələrinin finalından sonra, 26 sentyabr 2011-ci il bazar ertəsinda başladı.https://www.twitter.com/grantgust/status/118309204242087936 2012-ci ilin yanvar ayında Naya Rivera (serialdakı obraz) və Qrant 3-cü fəsildə Maykl adlı seriada Smooth Criminal-ın performansını etdilər. Həmin sinql Billboard Hot 100-ün 26-cısı, Kanada çartında isə 28-sə yüksəldi.

Qrant 2012-ci ilin sonlarına yaxın Ananın Kabusu adlı filmə çəkildi. Film Kanadanın Britaniya Kolumbiyasında çəkildi və rolları Annabet Qiş və Cessika Lounder kimi aktyorlar ifa edirdilər. 11 iyul 2012-ci ildə Qrantın Affluenza filmidə əsas rolu oynayacağı bildirildi.

13 sentyabr 2013-cü ildə Qrantın Berri Allen rolu ilə Ox serialının ikinci fəsilində oynayacağı xəbəri verildi. Onu sadəcə üç seriada oynaması nəzərdə tutulsada son üçüncü serianın məzmununun Fləş olması bəzi planlarda dəyişikliyin olmasına səbəb oldu və o obraz haqqında ayrıca serial çəkilməsi təklif olundu və qəbul edildi. Yeni məzmunun adı Fləş adlandırıldı və 13 seriadan ibarət olaraq 7 oktyabr 2014-cü ildə yayımlanmağa başladı. Yayımlandığı ərəfədə 4 milyondan çox izləyici toplayaraq CW kanalında son 5 ildə ən çox baxılan seriala çevrildi. İki həftə sonra kanal seriaların sayını 23-ə qaldıraraq tam serial vəziyyətinə gətirmək barədə qərar qəbul etdi və 11 iyul 2015-ci ildə ikinci fəsilin olacağı bildirildi. 11 mart 2016-cı ildə isə serialın üçüncü fəsilinin olacağı xəbəri verildi. Qrant həmin rolu CBS (hazırda CW) serialı olan Super qız serialının iki seriasında oynadı.

30 mart 2016-cı ildə Qrantın Uilyam Mesinin yeni filmi olan Kristal filmində çəkiləcəyi bildirildi.

Filmoqrofiyası Film İl Filmin adı Rol Qeydlər 2003 Uşaq Fitnesi Meşə Macərası Klubdakı uşaq DVD yayımı 2014 Affluenza Todd Qudman 2017 Kristal kampbell Çəkilişlər davam edir 2003 Qalanı Tutmaq Stefen Kolley Teleserial İl Filmin adı Rol Qeydlər 2006 Ov Tomas (Stesinin sevgilisi) Seria: Ac Kabuslar 2011-13 Qli Sebastian Smayt Təkrarlanan rol, 7 seria 2012 CSI: Mayami Skot Ferris/Trent Burton Seria: Terminal Sürət 2012 Ananın Kabusu Kris Stüart Televiziya Filmi 2013 90210 Kambell Prays Təkrarlanan rol, 8 seria 2013-indiyədək Ox Berri Ellen/Fləş Təkrarlanan rol, 8 seria 2014-indiyədəkFləş Berri Ellen/Fləş Baş rol 2016Super qız Berri Ellen/Fləş 2 seria 2016Sabahın əfsanələri Berri Ellen/Fləş Serialar: "Şoqun" (səs), "İşğal"

Veb

İl Filmin adı RolQeydlər 2015–16 Vixen Berri Allen/Fləş Səs; 8 seria Teatr İl Filmin adı Rol Qeydlər 2010–11 Qərb Tərəfin Hekayələri Babi Con Dirçəliş Turu Diskoqrafiya Ad İl Çartdakı sırası AlbomAUS"Smooth Criminal": CANeak chart positions for singles in Canada: "Smooth Criminal" and "Bad": "Uptown Girl": "Glad You Came": IRL"Smooth Criminal": UKPeak positions for singles in the United Kingdom: "Bad" and "Smooth Criminal": "Uptown Girl": USPeak chart positions for singles in the United States: "Smooth Criminal" and "Bad": "Uptown Girl": "Glad You Came": "Uptown Girl" 2011 — 93 — 140 68 Glee: The Music, Volume 7"Bad"2012 — 90 — 193 80Glee: The Music, The Complete Season Three"Smooth Criminal" with Naya Rivera(featuring 2Cellos) 59 28 46 86 26"I Want You Back" — — — — —"Stand" — — — — —"Glad You Came" — 74 — — 90"Live While We're Young" — — — — — Glee: The Music, Season 4, Volume 1

Mükafat və Nominasiyalar İl Mükafat Kateqoriya Nominasiya olunmuş iş Nəticə2015Uşaqların Seçimi MükafatıBəyənilən TV AktyorFləş Gənclərin Seçimi Mükafatı TV-də Ən Yaxşı UlduzTV-nin Seçimi: Sendise Patton ilə birgə paylaşdıTV-nin Seçimi: Liplock Sendise Patton ilə birgə paylaşdı Saturn MükafatıƏn Yaxşı Performans MükafatıSerialda Ən Yaxşı Aktyor2016Uşaqların Seçimi MükafatıBəyənilən kişi TV ulduzu - Ailə Şousugənclərin Seçimi MükafatıGənclərin Seçimi Mükafatı Ən Yaxşı Elmi Fantastika SerialıTV-nin Seçimi: Çemistri Sendise Patton ilə birgə paylaşdıTV-nin Seçimi: Liplock Sendise Patton ilə birgə paylaşdıSaturn MükafatıTV-də Ən Yaxşı Aktyor

İstinadlar

Xarici Keçidlər

Kateqoriya:14 yanvarda doğulanlar Kateqoriya:1990-cı ildə doğulanlar Kateqoriya:Virciniyada doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ televiziya aktyorları Kateqoriya:Uşaq aktyorlar