Ağyar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Kəndin ilkin adı Əyar olmuşdur. Rayon mərkəzindən 3 km cənub-şərqdə, Arpaçayın sahilində yerləşir. XIII əsrdə Amağu məbədinin tabeliyində olmuşdur364, № 736. İlk dəfə XII-XIII əsrlərdə adı çəkilmişdir.

Toponim «öz təşkilatı olan və varlılar hesabına kasıblara kömək edən şəhər yoxsullarından ibarət təbəqə» mənasında işlənən əyar sözü338, s.574 əsasında formalaşmışdır. Nəsil adı bildirir.

Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə dəyışdirilib Aqarakadzor qoyulmuşdur.

Əhalisi 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828-29 - cu illərdə İranın Xoy, Salmas və Maku vilayətlərindən köçürülmüşdürHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.20.

Burada ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1887-ci ildə 23 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. 90-91, 160-161.

İndi yalnız ermənilər yaşayır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri