Azərbaycan–Qətər münasibətləri — Azərbaycan Respublikası ilə Qətər Dövləti arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin sentyabr ayının 14-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az.
Viza 2017-ci ilin avqust ayında Qətər Azərbaycan vətəndaşları üçün vizanı ləğv etmişdirBu dövlət Azərbaycan ilə vizanı ləğv etdi . xeberle.com, 09.08.2017. Bundan sonra 30 günə qədər viza tələb edilmirVisas for Visitors . visitqatar.qa .
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az. Bu işçi qrupu 13 dekabr 2005-ci ildə yaradılmış və ilk rəhbəri Tahir Rzayev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2005-ci il tarixli, 21-IIIQR nömrəli Qərarı. e-qanun.az. 4 mart 2016-cı il tarixindən də Tahir Rzayev işçi qrupunun rəhbəridir.
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Yüksəksəviyyəli qarşılıqlı səfərlər və görüşlər
Dövlət başçıları: 2004-cü il 30 noyabr — 1 dekabr — Prezident cənab İlham Əliyevin rəsmi səfəri 2007-ci il 28 avqust — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin rəsmi səfəri 2012-ci il 2–3 mart — Qətər Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin şəxsi səfəri 2014-cü il 6 fevral — Prezident cənab İlham Əliyevlə Qətər Əmiri Təmim bin Həməd Al Taninin Rusiya Federasiyasının Soçi şəhərində görüşü 2016-cı il 8–9 mart — Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Taninin rəsmi səfəri 2017-ci il 26–27 fevral — Prezident cənab İlham Əliyevin rəsmi səfəri
Digər səfərlər: 2000-ci il 12–14 noyabr — Azərbaycan Respublikasının xarici işlər naziri V. Quliyevin səfəri 2002-ci il 28–30 oktyabr — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri N. Abbasovun səfəri 2005-ci il 26–28 aprel — Azərbaycan Respublikasının müdafiə naziri S. Əbiyevin rəsmi səfəri 2005-ci il 25–26 iyul — Qətər Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həməd bin Əli Əl-Atiyyənin rəsmi səfəri 2006-cı il 18–20 fevral — Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarovun səfəri 2006-cı il 19–21 iyun — Qətərin xarici işlər üzrə dövlət nazirinin səfəri 2007-ci il 12–13 mart — Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qətərə səfəri 2007-ci il 28 oktyabr-2 noyabr — Qətərin 1-ci xanımı, Qətər Fondunun Prezidenti Şeyxa Muza bint Naser Əl-Misnedin səfəri 2007-ci il 6–7 dekabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K. Heydərovun səfəri 2008-ci il 9–11 fevral — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru H. Paşayevin səfəri 2008-ci il 2–3 dekabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 16–18 fevral — Azərbaycan Respublikasının maliyyə naziri S. Şərifovun rəsmi səfəri 2009-cu il 29–31 mart — Azərbaycan Respublikasının müdafiə naziri S. Əbiyevin rəsmi səfəri 2009-cu il 8–12 iyun — Qətərin Mədəniyyət, İncəsənət və İrs üzrə Milli Şurasının Baş katibi Mubarak bin Nasir Əl-Xəlifənin səfəri 2009-cu il 13–15 oktyabr — Qətər mədəniyyət naziri Həməd bin Əbdüləziz Əl-Kuvarinin səfəri 2009-cu il 3–5 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K. Heydərovun səfəri 2010-cu il 11–12 yanvar — Azərbaycan Respublikasının xarici İşlər naziri E. Məmmədyarovun rəsmi səfəri 2010-cu il 14–16 fevral — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ə. Vəliyevin səfəri 2010-cu il 28–31 mart — Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin rəsmi səfəri 2010-cu il 11–12 aprel — Azərbaycan Respublikası xarici İşlər nazirinin müavini Araz Əzimovun rəsmi səfəri 2010-cu il 1–4 iyun — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə. Qarayevin səfəri 2010-cu il 29–30 sentyabr — Qətərin ekologiya naziri Abdullah bin Mubarak bin Abud Əl-Madadinin səfəri 2011-ci il 25–27 aprel — Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri H. Bağırovun səfəri 2011-ci il 28–30 noyabr — Azərbaycan Respublikasının nəqliyyat naziri Z. Məmmədovun səfəri 2011-ci il 28–30 noyabr — Qətər Xəbərlər Agentliyinin direktoru Əhməd Əl-Buayneynin səfəri 2012-ci il 12–14 fevral — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri H. Hüseynovanın səfəri 2012-ci il 23–24 fevral — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri E. Mahmudovun rəsmi səfəri 2012-ci il 5–7 mart — Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Ə. Abbasovun işgüzar səfəri 2012-ci il 20–24 aprel — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş. Mustafayevin səfəri 2012-ci il 4–6 may — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri R. Rzayevin səfəri 2012-ci il 29–30 may — Azərbaycan Respublikasının fövqəladə hallar naziri K. Heydərovun rəsmi səfəri 2012-ci il 25–26 iyun — Qətərin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Ali Şurasının Baş katibi Hessa Əl-Caberin səfəri 2012-ci il 17–19 noyabr — Azərbaycan Respublikasının müdafiə naziri S. Əbiyevin səfəri 2013-cü il 17–18 mart — Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Ş. Mustafayevin rəsmi səfəri 2013-cü il 11 iyun — Qətər xarici işlər nazirinin müavini Şeyx Əhməd bin Cəbr Al Taninin səfəri 2013-cü il 16–18 iyun — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidentləri T. Qəhrəmanov və B. Bədəlovun səfəri 2013-cü il 11 noyabr — Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun işgüzar səfəri 2014-cü il 11–13 sentyabr — Qətərin müdafiə məsələləri üzrə dövlət naziri general Həməd bin Əli Əl-Atiyyənin səfəri 2014-cü il 19–21 oktyabr — Azərbaycan Respublikasının daxili İşlər naziri Ramil Usubov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi səfəri 2014-cü il 7–10 dekabr — Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ə. Abbasovun səfəri 2015-ci il 16–17 Mart — Qətərin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin səfəri 2015-ci il 12–19 aprel — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 8–9 iyun — Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun səfəri 2015-ci il 12 iyun — Qətər Olimpiya Komitəsinin Prezidenti Şeyx Cuan bin Hamad Al Taninin səfəri 2015-ci il 23–27 noyabr — Qətərin maarif və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Hammadinin səfəri. 2015-ci il 7–9 dekabr — Azərbaycan Respublikasının Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun səfəri 2016-cı il 4–5 aprel — Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri 2016-cı il 17 aprel — Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin səfəri 2016-cı il 27 aprel — Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmudun səfəri 2016-cı il 21–23 may — Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun səfəri 2016-cı il 23 may — Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun səfəri 2016-cı il 31 oktyabr — 1 noyabr — Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər nazirinin müavini İsmət Əliyevin səfəri 2016-cı il 12–18 noyabr — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin səfəri 2016-cı il 16–18 noyabr — Qətər İnformasiya Agentliyinin (QNA) baş direktoru Ahmed Saad Al Buainainin səfəri 2016-cı il 13 dekabr — Qətər Mülki Aviasiya Administrasiyasının sədri Abdulla Nasser Turki Al-Subayın səfəri 2017-ci il 30–31 yanvar Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tanin rəsmi səfəri 2017-ci il 20 fevral — Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin səfəri 2017-ci il 30 aprel — Qətər Dövlətinin sabiq Baş naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Al Taninin səfəri 2017-ci il 5 sentyabr — Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səfəri 2018-ci il 5–6 aprel — Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Səid Əl-Mureyxinin səfəri 2018-ci il 15 aprel — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin 1-ci müavini Vaqif Əliyevin səfəri 2018-ci il 18 aprel — Qətərin mədəniyyət və idman naziri Salah bin Ğanim Əl-Əlinin səfəri
İqtisadi əməkdaşlıq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında diplomatik əlaqələrin yaradılmasından sonra iqtisadi sahədə də əməkdaşlığın əsası qoyulmuş və inkişaf etməyə başlamışdır.
2016-cı ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya yaradılmışdır. Komissiyanın birinci iclası 31 yanvar 2017-ci ildə Azərbaycan Respublikasında keçirilmişdir.
Hökumətlərarası birgə komissiyaya Azərbaycan tərəfindən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Qətər tərəfindən isə Baş nazirin müavini və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani rəhbərlik edir.
Ölkələr arasında "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş" və iqtisadi əməkdaşlıqla bağlı imzalanmış digər sənədlər ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Əmtəə dövriyyəsi (min doll.) İlİxracİdxalÜmumi dövriyyəsi20201 290,661 176,782 467,4420211 490,43147,481 637,9120223 575,621 938,285 513,9
Mədəniyyət sahəsində əməkdaşlıq 30 noyabr 2004-cü ildə Doha şəhərində "Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş", 27 fevral 2017-ci ildə isə "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanmışdır.
6–11 iyun 2009-cu ildə ilk dəfə olaraq Azərbaycan Respublikasında Qətər Mədəniyyət Günləri keçirilmişdir. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibi Mubarak bin Nasir Al Xəlifənin rəhbərliyi ilə mədəniyyət xadimləri və incəsənət təmsilçilərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti qeyd edilən tədbirdə iştirak etmişdir.
1–4 iyun 2010-cu ildə Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilmişdir. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi təqribən 150 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər etmişdir.
Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları və Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası təqdim edilmişdir.
2025-ci ildə Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan və Qətər mədəniyyətlərinin qarşılıqlı inkişafına həsr olunmuş tədbir baş tutmuşdur. Qətər dövləti həmin sərginin fəxri qonağı olmuşdur.
Müqavilə-hüququ bazası