Azərbaycan mayakları — Xəzər dənizinin Azərbaycan sahillərində və ölkənin daxili su hövzələrində yerləşən, gəmiçilikdə istiqamətlənmə və naviqasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan mayaklardır. Bu mayaklar sahilboyu gəmi yollarının, limanlara girişlərin və təhlükəli su sahələrinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Azərbaycanın mayakları əsasən Xəzər dənizinin sahilində, o cümlədən Bakı buxtası və Abşeron yarımadası ərazisində yerləşir. Onların bir qismi tarixi əhəmiyyətə malik olmaqla yanaşı, ölkənin dənizçilik və mühəndislik irsinin nümunələri hesab olunur.

Tarixi

Abşeron sahillərində mayakların yaradılması ideyası 1852-ci ildə Rusiya İmperiyasının Qafqaz canişinliyi tərəfindən irəli sürülsə də, vəsait çatışmazlığı səbəbindən bu təklif həyata keçmir. Lakin 1857-ci il sentyabrın 14-də Şüvəlan burnu yaxınlığında iri “Quba” gəmisinin zədələnməsindən sonra dəniz nəqliyyatı vasitələrinin təhlükəsizliyi məsələsi ön plana keçdi. Bu məqsədlə Abşeronun şimal sahillərində üç mayak – Abşeron, Amburan və Şüvəlan mayakları inşa edildi. Azərbaycandakı mayaklardan ən irisi Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı 1860-cı il oktyabrın 23-də istifadəyə verilib. Baxımsız vəziyyətdə olsa da, 25 metr hündürlüyə malikdir.

Abşeronda mayaklar mövcud olmamışdan əvvəl tarixən bu funksiyanı Şirvanşahlar dövründə yarımada ərazisində tikilmiş qalalar həyata keçirib. Əsrlər boyu istehkamların, o cümlədən, Bilgəh, Mərdəkan, Nardaran qalalarının yuxarı hissəsində tonqallar qalamaqla gəmilərə yol göstərilib. Dəniz mayakları istifadəyə verilməmişdən bir müddət əvvəl isə Qız qalasının mayaka uyğunlaşdırılmasına başlanılıb. 1858-ci il iyunun 13-də Qız qalasında 15 km məsafədən görünən, gecə vaxtı Bakı buxtasına girişə işarə verən mayak atəşi yandırılıb. 1907-ci ilədək Qız qalasından mayak kimi istifadə olunub.

Mayaklar

Ad Şəkil Tarix Koordinatlar İşıqlandırma sinifi Fokushündürlüyü NGAnömrəsi ARLHSnömrəsi Milməsafəsi Abşeron mayakı 1860 Oc W 6s. 101 metr AZE-006 Amburan mayakı 1884 Oc (2) W 15s. 72 metr AZE-008 Astara mayakı 25 metr AZE-002 Bakı mayakı F W 60 metr Böyük Zirə mayakı 1958 Fl (3) W 9s. 42 metr AZE-009 Çilov mayakı 1881 Fl (4) WR 30s. 51 metr AZE-004 Lənkəran mayakı 1869 L (2) Fl W 15s. 33 metr AZE-001 Kür dili mayakı 1911 50 metr AZE-010 Qaradağ mayakı 40 metr Neftçala mayakı196556 metr Səngi Muğan mayakı 1891 50 metr AZE-003 Şüvəlan mayakı 1907 Iso W 6s. 19 metr AZE-007

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Lighthouses of Azerbaijan

Kateqoriya:Azərbaycan mayakları Mayak Kateqoriya:Azərbaycan nəqliyyat siyahıları