İnqilab Lətif oğlu Abbasov () — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi.
Həyatı 1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir.
Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür.
Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi).
Mənbə
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibləri