Qazaxıstan–Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilinKazakh-Serbian relations dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir.

Tarixi Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017).

Əlaqələr İqtisadi əlaqələr Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln. 2011 — $15,5 mln. 2012 — $25,3 mln. 2013 — $22,7 mln. (Serbiyaya ixrac — $4,5 mln., Serbiyadan idxal — $18,2 mln.) 2014 — $20 mln. (Serbiyaya ixrac — $0,3 mln., Serbiyadan idxal — $19,7 mln.) 2015 (iki ay) — $1,7 mln. (ancaq Serbiyadan idxal)

Serbiua əsasən Qazaxıstana kimya məhsulları, ağac məmulatları, tekstil, kağız ixrac edir. Əvəzində isə Qazaxıstandan mineral məhsullar, mexanizmlər, elektrotexniki avadanlıqlar və s idxal edir. Qazaxıstanda serb kapitalı ilə işləyən onlarla müəssisə vardır. Bunlar əsasən ticarıt və tikinti sahələrini özündə birləşdirir. Serbiyanın «Enerqoproyekt» şirkəti Almatıda iki metro stansiyasının inşasını gerçəkləşdirir. Üstəlik digər serb şirkətləri isə burada yaşayış kompleksləri inşa edir. Sarıaqaşda isə mərab zavodu tikir.

Anlaşmalar 4 noyabr 2009-cu ildən diplomatik və xidməti paport sahibləri üçün vizasız rejim tətbiq edilmişdir. 7 oktyabr 2010-cu ildə iki ölkə arasında azad ticarətin təşkili üçün anlaşma imzalanmışdır. Hazırda isə iki ölkə arasında cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar anlaşmalar üzərində işlər gedir. Siyası əlaqələr Qazaxıstan Kosovo məsələsində Serbiyanı dəstəkləyərək onun müstəqilliyini tanımayacağını bəyan etmişdirКазахстан не станет признавать Южную Осетию Руководство Казахстана не будет признавать независимость Абхазии и Южной Осетии . Serbiya həm də Qazaxıstanın Astanada «EKSPO-2017» keçirilməsinə və onun BMT Təhlükəsizlik surasına qeyri-daimi üzv seçilməsinə dəstək vermişdir.

Dövlət səfərləri 2015-ci ildə Qazaxıstana Serbiyanın prezidenti Tomislav Nikoliç səfər edərək iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf prespektivlərindən söhbət açmışdırSerbian President and Delegation Visit Kazakhstan . İki ölkə arasında əlaqənin 20 illiyi münasibətilə Nursultan Nazarbayey Serbiyaya səfər etmişdirНурсултан Назарбаев: Сербия - основной партнер Казахстана на Балканах . Bu zaman Belqrad Jambıl Jabaevin şərəfinə abidəНурсултан Назарбаев откроет в Сербии памятник Жамбылу ucaldılmışdır. İstinadlar

Mənbə Сотрудничество Республики Казахстан с Республикой Сербия БИЛАТЕРАЛНИ ОДНОСИ СА СТРАНИМ ДРЖАВАМА. КАЗАХСТАН

Kateqoriya:Qazaxıstanın ikitərəfli əlaqələri