thumb|Culyard musiqi məktəbinin nəzdində Alis Tölli zalı Culyard musiqi məktəbi (Juilliard School) — Amerikada ali musiqi-teatr təhsili məktəbi.Culyard musiqi məktəbi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 403-404.
Tarixi Əsası Musiqi Sənəti İnstitutu kimi 1905-ci ildə F. Damroş tərəfindən qoyulmuşdur. 1924-cü ildə O. Culyard (Amerika fabrikantı və mesenatı, 1836–1919) fondu yaradıldıqdan sonra Culyard musiqi məktəbi adlanmış - dır (1926). Xoreoqrafiya və teatr fakültələri təşkil edildikdən sonra indiki adını daşıyır (1969). 2001-ci ildə caz şöbəsi açılmışdır (Caz Tədqiqi İnstitutu).
Tanınmış şəxslər U. Şumen, V. Persiketti, P. Mennin, U. Berqsma, R. Levina, L. Persinger, R. Mann və b.-ları müxtəlif illərdə Culyard musiqi məktəbində dərs demişlər. Pianoçu V. Klibern, skripkaçılar İ. Perlman, P. Tsukerman, violonçelçalan Y.-Y. Ma, müğənni L. Prays, dirijor C. Levayn, caz pianoçusu və bəstəkarı Çik Koria məktəbin məzunları olmuşlar. thumb|275x275px|Culyard musiqi məktəbi
Bölmələri Culyard musiqi məktəbinin nəzdində Culyard simli kvarteti (1946), Culyard simfonik orkestri (1986), Amerika mis nəfəs alətləri kvinteti (1987), Nyu-York ağac nəfəs alətləri kvinteti (1987), Opera studiyası fəaliyyət göstərir. Tədris ili ərzində illüstrasiyalı “The Juilliard Journal” nəşr edilir. 1985-ci ildən hər il “Focus!” müasir musiqi festivalı keçirilir.
İstinadlar
Xarici keçidlər Culyard musiqi məktəbi rəsmi internet saytı Culyard musiqi məktəbinin 100 ildəki tarixi Andrea Olmstid sənədləri
Kateqoriya:Musiqi təhsili