Sarımtıl-boz şibyəyeyən () — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir.

Həyat tərzi Nadir növdür. İşığa çox zəif uçur. Tırtılı aprel-may aylarında dağətəyi meşələrdə və çəmənliklərdə ciyərotu üzərində olan şibyələrlə qidalanır. İldə bir nəsil verir. Pupu kolbaşəkillidir.

Yayılması Bu növün kəpənəkləri İsmayıllıda, Zaqatalada və Bakıda tapılmışdır.

Ədəbiyyat S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.

Kateqoriya:Şibyəyeyən ayıcalar