Aleksandr Andronov – rus fiziki, SSRİ EA akademiki (1946), Qorki universitetinin professoru (1934). Əsərləri qeyri-xətti rəqslər nəzəriyyəsinə və avtomatik tənzimləmə nəzəriyyəsinə aiddir. Andronov qeyri-xətti rəqslər nəzəriyyəsi məsələləri üçün ilk effektiv riyazi metod vermişdir (1928). Bu metod vasitəsilə avtorəqslərin dəqiq nəzəriyyəsinin əsaslarını yaratmış, radiotexnika, avtomatik tənzimləmə və s. sahələr üçün mühüm əhəmiyyəti olan qeyri-xətti məsələlərin həllinə tətbiq etmişdir. Qeyri-xətti rəqslər sahəsində elmi məktəb yaratmışdır.
Xarici keçidlər
Author profile
İstinadlar Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ fizikləri Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Rusiya fizikləri