Adcoş İbrahim qızı Əliyeva () — aqronom, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1964), Sosialist Əməyi Qəhrəmanı (1950).

Həyat və əmək fəaliyyəti Adcoş Əliyeva 25 mart 1922-ci ildə İrəvan quberniyasının İrəvan qəzasının (indiki Ermənistan) Çobankərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1947–1973-cü illərdə Ermənistan SSR-in Oktemberyan rayonundakı Sovetakan kolxozunda və Naxçıvan MSSR-in Naxçıvan rayonundakı Y. Cabbarov adına kolxozda manqabaşçısı işləmiş, 1973-cü ildən indiki Babək rayonundakı tərəvəzçilik-südçülük sovxozunda manqabaşçısı olmuşdur. 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 iyun 1950-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni və "Şərəf nişanı" ordeniləri ilə təltif olunmuşdur. Adcoş Əliyeva 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.Əliyeva Adcoş İbrahim qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.

İstinadlar

Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları Kateqoriya:Azərbaycan aqronomları