Riçard Harris () İrlandiyalı aktyor, müğənni, teatr prodüseri, film rejissoru və yazıçıdır.
Karyerası boyunca bir çox film və tamaşada rol alan Harrisin ən çox bilinən rollarından biri 1967-ci il filmi Kamelotdakı Kral Artur rolu və sonrasındakı 1982-ci il Broadway nümayişindəki performanslarıdır. Həmçinin, son performanslarından biri olan Harri Potter film seriyasının ilk iki filmindəki Albus Dambldor rolu ilə də tanınır. 1970-ci il filmi At adlı adamda kübar və məhbusu, 2000-ci il filmi Qladiatorda İmperator Mark Avrelini, 2002-ci il filmi Apokalipsisdə Əziz Conu və 1997 istehsalı Notrdam qozbelində müşketyor və Klod Frollonu canlandırdı. Harrisin musiqiçi olaraq İngiltərə və ABŞ siyahılarında 1968-ci il qeydi Cimmi Uebin mahnısı "Mak Artur Park" ilə ilk 10-luğa girdi. Şöhrətinin zirvədə olduğu 1960 və 1970-ci illərdə sənətdəki qabiliyyəti qədər həddindən artıq alkoqol və nizamsız həyatı ilə tanınırdı.
İstinadlar
Xarici əlaqələr
Kateqoriya:1930-cu ildə doğulanlar Kateqoriya:2002-ci ildə vəfat edənlər Kateqoriya:İrlandiya müğənniləri Kateqoriya:İrlandiya aktyorları Kateqoriya:Londonda vəfat edənlər Kateqoriya:Limerikdə doğulanlar Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Malta cəngavərləri