Çendu — Çinin mərkəzi hissəsində şəhər. Sıçuan əyalətinin inzibati mərkəzi.Çendu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 507. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 14 milyon (2010).

Coğrafiyası Mintszyan çayı sahilindədir.

Tarixi E.ə. 4 əsrdə salınmışdır. E.ə. 221–63-cü illərdə Şu çarlığının, eramızın 908–965-ci illərində Xou Şu (Son Şu) çarlığının paytaxtı idi. 1644–46-cı illərdə Çjan Syançjunun üsyançı ordusu tərəfindən tutulmuşdu. 17-ci əsrin 2-ci yarısında Çinin mancurlar tərəfindən işğalından sonra Sıçuan əyalətinin inzibati mərkəzi olmuşdur. 1911-ci ilin sentyabrında xalq üsyanı zamanı üsyançılar tərəfindən mühasirəyə alınmışdı. 1949-cu il dekabrın 27-də Çin Xalq Azadlıq Ordusu tərəfindən qomindançılardan azad edilmişdir.

Sənayesi Ölkənin iri nəqliyyat qovşağı və sənaye mər kəzidir. Çoxsahəli maşınqayırma (dəzgahlar, alətlər, radio aparatları, nəqliyyat vasitələri), ağac emalı, metal emalı, yüngül və yeyinti sənayesi inkişaf etmişdir. Mis, alüminium, kimyəvi gübrələr istehsal olunur. Bədii sənətkarlıq (o cümlədən zərxara istehsalı); universitetlər var.

Qalereya

Həmçinin bax Nankin Sian

İstinadlar

Xarici keçidlər Çendu rəsmi internet səhifəsi

Kateqoriya:Çin şəhərləri Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Çinin milyon nəfərdən çox əhalisi olan şəhərləri Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri