Çeptsa — Rusiya Federasiyasının Udmurt Respublikasında, Perm diyarı və Kirov vilayətində çay.Çeptsa çayı// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 509. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Haqqında Vyatkanın (Volqa hövzəsi) sol qolu. Uzunluğu 501 km, hövzəsinin sahəsi 20,4 min km2. Yuxarı Kama yüksəkliyindən başlanır, aşağı axınında Vyatka Uvalını kəsib keçir. Əsasən qar suları ilə qidalanır. Ortaillik su sərfi Qradoboi kəndi yaxınlığında 123 m3/san-dir. Çeptsa hövzəsində ümumi sahəsi 26,6 km2 olan 500-dən çox göl var. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Mənsəbindən 135 km məsafədə gəmiçiliyə yararlıdır. Sahilində Qlazov, Kirovo-Çepetsk şəhərləri var.

Həmçinin bax Volqa çay Amur çayı Anqara Arqun Aşağı Tunqus

İstinadlar

Xarici keçidlər Çeptsa çayı

Kateqoriya:Rusiya çayları