Berinq burnu (, ) — Çukot yarımadası şərq sahillərində yerləşən, Berinq dənizinin suları yuyulan burun. İnzibati cəhətdən Çukot Muxtar Rayonunun Providenski rayonu ərazisinə daxildir.

Anadır körfəzinin şimal-şərqində qərarlaşır. 402 metr hündürlüyə malikdir. 2,5 km aralıda isə Enmelen kəndi yerləşir. Çukca dilində — «Qayalı» mənasını verir. Burun ilk dəfə Fyodor Litkenin 1828-ci ildə təkil etdiyi dövrü aləm səyahəti zamanı kəşf edilmişdir. Burunda yerləşən qayalıqlarda 8,5 min quş yuva qurur. Berinq burnunda qədim eskimoslara aid yer altı yaşayış məntəqsəsinin qalıqları aşkarlanmışdır.

Mənbə Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. — С.-Пб.: Брокгауз-Ефрон. 1890—1907.

Kateqoriya:Berinq dənizi burunları Kateqoriya:Çukot Muxtar Dairəsi burunları