Ağa Musa oğlu Ağamirov- Vartaşen rayonu Partiya Komitəsinin birinci katibi Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, əsgəri xidmətini başa vurub, Ağdama qayıtmış, rayon partiya komitəsində, Gəncə Vilayət Partiya Komitəsində təlimatçı işləmiş, müxtəlif vaxtlarda iki dəfə Azərbaycan KP MK-da məhsul vəzifələrdə işləmiş, Bakıda partiya məktəbini bitirərək, yenidən Ağdam Rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə göndərilmişdi. O sonralar Zərdab Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, daha sonra Ucar Rayon Partiya Komitəsində birinci katib olmuşdu. Moskvada Ali Partiya Məktəbini bitirmişdi. 1963-cü ildən 1972-ci ilin may ayınadək Ağdam Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini işləmiş, nəhayət son iş yeri Ağdam Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi olmuşdur.

Ailəsi: Həyat yoldaşı- Zoya Balahüseyin qızı Ağamirova (d.1936-cı il 23 iyul ö.2012-ci il 5 oktyabr)

Övladları- Musa Ağa oğlu Ağamirov (d.1957-ci il 16 sentyabr)

Sənan Ağa oğlu Ağamirov (d.1959-cu il 10 oktyabr)

Nazim Ağa oğlu Ağamirov (1962-ci il 15 oktyabr)

Atil Ağa oğlu Ağamirov (1972-ci il 26 noyabr)

Bacıları — Rəfiqə Musa qızı Ağamirova (d.1926-cı il 31 dekabr ö.2002-ci il 19avqust)

Mərqufə Musa qızı Ağamirova (d.1928-ci il 19 yanvar ö.2002-ci il 3 avqust)

Şərqiyyə Musa qızı Ağamirova (d.1931-ci il 12 dekabr ö.2009-cu il 11 aprel)

Rəqibə Musa qızı Ağamirova (d.1933-cü il 8 fevral ö.2009-cu il 6 fevral)

Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Ucar Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri Kateqoriya:Ağdam Rayon Xalq Deputatları Sovetinin deputatları