Başqırdıstan Milli Parkı () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan milli park statuslu qorunan ərazi.

Tarixi 11 sentyabr 1986-cı ildə yaradılmışdırПостановление Совета Министров РСФСР «О создании государственного природного национального парка «Башкирия» в Башкирской АССР» № 398 от 11.09.86 г. zapoved.ru .

Ərazisi Milli Parkın sahəsi 92 min hektardır. Bunun 83.2 min hektarı - ümumi sahənin 90,4%-i bilavasitə milli parkın, 8,8 min hektarı isə milli parka daxil olmadan yerli torpaq sahiblərinin və istifadəçilərin iqtisadi istifadəsindədir. Çünki parkın sərhədləri içərisində 15 yaşayış məntəqəsi var ki, burada təxminən 3,8 min nəfər yaşayır.

Cənubi Uralın alçaq dağlıqlarını və platovarı yüksəkliklərini, Nuquş su anbarı akvatoriyasını əhatə edirBaşqırdıstan Milli Parkı . ensiklopediya.gov.az .

Parkda karst geniş yayılmışdır; Kuperl çayı üstündəki təbii körpü bunun nadir təzahürüdür.

Ərazidə çoxlu sayda mağaralar var.

Florası Bitki örtüyündə enliyarpaqlı palıd, cökə, ağcaqayın, qarağac meşələri geniş yayılmışdır. Burada nadir və tükənməkdə olan növlərə rast gəlinir.

Faunası Faunasında meşə heyvanlarından qonur ayı, canavar, sığın, cüyür, dələ və quşlardan qaratoyuq, alacəhrə, qarabağır, ağacdələn və s. üstünlük təşkil edir. Bu parkın sakini olan Başqırdıstan çöl arısı xüsusi qorunan növlərdəndir.

Milli parkda 231 növ quş aşkar edilmişdir. Bu növdən 148 növü yuva halında tapılmışdır.

Parkın su anbarlarında 32 balıq növü aşkar edilmişdir.

Turizm Parkın ərazisi hər il təxminən 30 min nəfər tərəfindən ziyarət edilir.

İstinadlar

Xarici keçidlər

Кучерев Е. В. Башкирия (национальный парк) // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.

Kateqoriya:Başqırdıstanın qorunan təbiət əraziləri Kateqoriya:Rusiya milli parkları Kateqoriya:1986-cı ildə yaradılmış qoruq əraziləri Kateqoriya:11 sentyabrda yarananlar Kateqoriya:Kateqoriya BTMİ II