Kamil Musavi () — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Həyatı və fəaliyyəti Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci ildə Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir.

2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur.

2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır.

Evlidir, iki oğlu var.

Təltifləri "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı.

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:"General Həzi Aslanov" yubiley medalı ilə təltif edilənlər