Böyük Çeremşan — Rusiya Federasiyasının Tatarıstan Respublikasında, Samara və Ulyanovsk vilayətlərində çayBÖYÜK ÇEREMŞAN . ensiklopediya.gov.az. Volqanın sol qolu.

Uzunluğu 336 km, hövzəsinin sahəsi isə 11,5 min km2-dir.

Buqulma-Belebey yüksəkliyindən başlanır, Kuybışev su anbarına tökülür.

Əsas qolları Böyük Sulça və sağdan Kiçik Çeremşandır.

Əsasən, qar suları ilə qidalanır.

Mənsəbində ortaillik su sərfi 36,1 m3/san-dir.

Noyabrın axırlarından aprelin ortalarınadək donmuş olur.

Volqa üzərində SES-in tikilməsi ilə əlaqədar aşağı axını Dimitrovqrad şəhərinədək su altında qalmışdır.

İstinadlar

Kateqoriya:Tatarıstan çayları Kateqoriya:Volqanın qolları