Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı.

Toponim Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır. Azərbaycanda XIX əsrdə Qarabağda yaşamış Quzanlı tayfasının adı da məhz Kozan mahalının adı ilə bağlıdır (bu elin adı Ağdam rayonunda Quzanlı kəndinin adında əksini tapmışdır).Budaqov B. Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. "Didərginlər" məcmuasi. Bakı, 1990.

Həmçinin bax İrəvan quberniyası Eçmiədzin qəzası

İstinadlar