Rik və Morti () – Castin Royland ilə Den Harmon tərəfindən yaradılmış və Cartoon Network telekanalının Adult Swim gecə televiziya blokunda yayımlanan ABŞ elmi fantastika və qara komediya sitkomu. Serial heç nədən çəkinməyən çılğın alim Rik Sançez və onun şıltaq, tez yola gələn nəvəsi Morti Smitin başına gələn macəralardan bəhs edir. Onlar vaxtlarının çoxunu müxtəlif ölçülü dünyalarda keçirirlər. Royland baş qəhrəmanları səsləndirir. Kris Parnell, Spenser Qremmer və Sara Çok ailənin qalan üzvlərini səsləndirirlər. Serialın premyerası 2 dekabr 2013-cü ildə baş tutmuşdur.
Animasiya serialı Harmonun Channel 101 adlı qısa film festivalı üçün Royland tərəfindən "Gələcəyə qayıdış" filminin qısa parodiya filmi olaraq yaradılmış "Doktor və Martinin real animasiya macəraları"ndan ilhamlanaraq yaradılmışdır. Adult Swim Harmona televiziya verilişi ideyası ilə yanaşanda o və Royland bu qısa parodiya filmindən istifadə etməyə qərar vermişdirlər.
2014-cü ilin yanvarında ikinci mövsümü anons edilmiş və 26 iyul 2015-ci ildə premyerası baş tutmuşdur. 2015-ci ilin avqustunda üçüncü mövsümü açıqlanmış və anons edilmədən (1 aprel zarafatı olaraq) 1 aprel 2017-ci ildə ilk seriyası yayımlanmışdır. Qalan seriyaları isə iyul ayından həftəlik olaraq yayımlanmışdır. 2019 və 2021-ci illərdə dördüncü və beşinci mövsümləri yayımlanmışdır və növbəti illərdə növbəti mövsümlərinin yayımlanması planlaşdırılır. Animasiya serialı orijinallığına, yaradıcılığına və yumoruna görə tənqidçilərin müsbət rəylərini almışdır.
Məzmun
Personajlar
Animasiya serialında hadisələr Smit ailəsinin üzvləri ətrafında cərəyan edir: məktəb, evlilik və sevgi kimi şeylərdən qaçınan qəribə və alkoqolik çılğın alim Rik Sançez; Rikin 14 yaşlı mehriban, amma kövrək nəvəsi Morti Smit; Mortinin 17 yaşlı böyük bacısı, adi yeniyetmə, dostları arasındakı statusunu düzəltməyə çalışan, bəzən Rik və Mortinin macəralarında iştirak edən Sammer Smit; Rikin qızı, evin başçısı, evliliyindən narazı olan və at cərrahı kimi işləyən Bet Smit; Betin əri olan, saf düşüncəli, digərlərinə güvənməyən və Rikin ailəyə pis təsir göstərdiyini düşünən Cerri Smit.
Qurma Rik və Mortinin macəraları sonsuz sayda reallıqdan ibarət olan multikainatda baş verir. Personajlar portaldan və ya Rikin uçan maşınından istifadə edərək müxtəlif planetlərə və ölçülərə səyahət edirlər. Castin Roylanda görə ailə Vaşinqton ştatının Sietl şəhərinin xaricində yaşayır.
Seriyalar
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rik və Morti Kateqoriya:ABŞ cizgi serialları Kateqoriya:2013-cü ildə başlayan ABŞ teleserialları Kateqoriya:Uydurmada paralel kainatlar Kateqoriya:İngilis dilində teleseriallar Kateqoriya:Uydurma duetlər Kateqoriya:Satirik cizgi serialları Kateqoriya:Qara yumor cizgi serialları Kateqoriya:Netflix orijinal proqramları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:2020-ci illərin ABŞ satira teleserialları Kateqoriya:Absurdist uydurma Kateqoriya:İnsest televiziyada Kateqoriya:Warner Bros. Television teleserialları