Milli Elmlər Akademiyasi () — 1863 ildə yaradılmışdır. Vaşinqtondadır. Riyaziyyat; astronomiya fizika; texnika; kimya; geologiya;botanika;zoologiya, fiziologiya; mikrobiologiya; antropologiya; psixologiya; geofizika; biokimya; tətbiqi biologiya;tətbiqi fizika-riyaziyyat elmləri; tibb elmləri, genetika; ictimai, iqtisadi vəsiyasi elmlər və s. bölmələri, həmçininelm və texnikanın müxtəlif problemlərinə dair komitələri var.AME // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2009. — I cild. — Səhifələrin sayı: 208. — Səh.: 7. — 10 000 nüsx. — ISBN 978-9952-441-02-4.[b]
Haqqında MEA-nın 2000 həqiqi, o cümlədən 200 Nobel mükafatı laureatı, 350 xarici üzvü var (2008). Akademiyanın işinə prezident başda olmaqla 12 nəfərdən ibarət Şura rəhbərlik edir. Prezident və şuranın üzvləri 6 illik müddətə seçilir; prezident 2 dəfədən çox seçilmir. Şuranın qərarları akademiyanın illik yığıncağında təsdiq olunur. Akademiya Ford, Rokfeller və Slounun fondları, Milli elmi fond və digər fondlar tərəfindən maliyyələşdirilir. Xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq məqsədilə akademiyanın nəzdində xüsusi şura və komitələr yaradılmışdır. MEA-nın nəşriyyatı və məlumat bürosu var. "Milli Elmlər Akademiyasının əsərləri", "MEA Xəbərləri" jurnallarını, həmçinin elm və texnikanın aktual problemlərinə dair elmi əsər və monoqrafiyalar nəşr edir.
Qalereya
İstinadlar
Həmçinin bax SSRİ Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası
Xarici keçidlər Resmi sayt Marian Koşlan elmlər muzeyi Konqres kitabxanası Rəqəmsal toplama
Kateqoriya:Milli elmlər akademiyaları Kateqoriya:ABŞ-nin elmi təşkilatları Kateqoriya:Konqres kitabxanası