Pod Qoritsom stadionu () — Monteneqronun paytaxtı Podqoritsa şəhərində yerləşən çoxfunksiyalı stadion. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 15.230 nəfərdir. Stadion Monteneqro milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Buduçnost Podqoritsa" futbol klubunun ev stadionu sayılır. Açılışı 1945-ci ildə olmuşdur.

İstinadlar

Kateqoriya:Monteneqro stadionları Kateqoriya:1945-ci ildə yarananlar Kateqoriya:Podqoritsa Kateqoriya:Futbol stadionları