Fayalit — mineral, olivin Fe2[SiO4], forsterit (Fo) - Fayalit tam izomorf seriyanın sonuncu üzvü. 0-10% Fo daşıyır. Fe bəzən Mn və Ca-la əvəz olunur. Xüsusi çəkisi 4,39. Turş, bəzən dərinlik qələvi və effuziv süxurlarda; regional və termiki metamorfikləşmiş dəmirli çöküntülərdə; qranit və diabaz peqmatitlərində. Növləri: talasskit (ferrifayalit), manqanfayalit.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Nesosilikatlar Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Rombik sinqoniya mineralları