Floqopit — mineral, mika, KMg3[(F,OH)2 | AlSi3O10]

Haqqında Annit - floqopit fasiləsiz izomorf seriyanın sonuncu üzvü; həmçinin floqopit- istonit fasiləsiz izomorf seriya da məlumdur. Adətən Fe2+ daşıyır. Mikada Mg:Fe>2:1 olduqda floqopit adlanır. K, Mn, bəzən Ti  əvəzləyən natriumun xeyli qa­tı­şıqları. Rəngsizdən, qırmızımtıl-qonura və yaşıladək. Növləri: manqanfillit, ftor-floqopit, man­qan-floqopit, titan-floqopit, ferri-floqopit , tetraferri-floqopit, bariumlu floqopit. Floqopit, kalium-arqon və rubidium-stronsium üsulları ilə izotop yaş təyinində istifadə olunur.

Floqopitləşmə Floqopitləşmə - ultraəsasi süxurların dəyişilməsinin ilkin  mərhələsində təzahür edən metasomatik proses. Sahəvi, yuva-sahəvi və yaxud damarabənzər cisimlər şəklində intişar etmiş, floqopitli, piroksenli, floqopit-piroksenli, floqopit-olivinli süxurlar əmələ gətirir. Olivinitlərdə, piroksenitlərdə və b. süxurlarda geniş yayılmışdır.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.

İstinadlar

Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Lüminessensiya mineralları