Van Qoq Evi — Hollandiyanın Drente əyalətindəki Niv-Amsterdamda bir mədəniyyət məkanıdır. Rəssam Vinsent van Qoq 1883-cü ildə üç ay burada yaşamışdır. Hazırda ev muzey olaraq fəaliyyət göstərir.

Tarixi

Van Qoq Drentedə Vinsent van Qoq 1883-cü ilin sentyabr ayından etibarən üç ay Drentedə yaşadı. O, sentyabrın 11-də Haaqadan Hoqivenə qatarla gələrək təxminən iki həftə orada qonaq evində yaşadı.

Kanal gəmisi ilə Niv-Amsterdam şəhərinə gedərək burada 2 oktyabrdan etibarən bu evdə yaşamağa başladı. Bölgəni araşdıraraq rəsmlər çəkdi. Burada yaşadığı müddətdə Parisdəki qardaşı Teoya çox məktublar yazdı.

4 dekabrda Hoqivenə qayıtdı və oradan qatarla Nuenenə, valideynlərinin evinə getdi.

thumb|right|Van Qoqun otağı

İstinadlar