S/2015 (136472) 1 və ya MK2 — Makemake cırtdan planetinin peyki və Neptunxarici cisim.Parker, A. H.; Buie, M. W.; Grundy, W. M.; Noll, K. S. (2016-04-25). "Discovery of a Makemakean Moon". The Astrophysical Journal. 825 (1): L9. arXiv:1604.07461. Bibcode:2016ApJ...825L...9P. doi:10.3847/2041-8205/825/1/L9.Chang, Kenneth (26 April 2016). "Makemake, the Moonless Dwarf Planet, Has a Moon, After All" . The New York Times. Retrieved 26 April 2016.Parker, A. (2016-05-02). "A Moon for Makemake" . Planetary Society blogs. Planetary Society. Retrieved 2016-05-02. Müşahidə olunan 4%-lik albedoya sahib olduğu üçün diametrinin 175 km olduğu düşünülür və peyk Makemakedən 21000 km məsafədə yerləşən orbitində hərəkət edir. Peyk planet ətrafında 12 gün ərzində dairəvi olduğu ehtimal olunan orbitdə hərəkət edir. Habbl teleskopu ilə aparılan müşahidələr nəticəsində 2015-ci ilin aprel ayında kəşf olunmuşdur. Kəşf elmi ictimaiyyətə 26 aprel 2015-ci ildə açıqlandı. MK2-in kəşfi Makemakenin kütləsi və sıxlığının məlum olması üçün mühüm yenilik oldu.Parker, A. H.; Buie, M. W.; Grundy, W. M.; Noll, K. S. (2016-04-25). "Discovery of a Makemakean Moon". The Astrophysical Journal. 825 (1): L9. arXiv:1604.07461. Bibcode:2016ApJ...825L...9P. doi:10.3847/2041-8205/825/1/L9.
Müşahidəsi Müşahidələr nəticəsində məlum olmuşdur ki, peyk kömürlə müqayisə oluna biləcək qədər tünd rəngə sahibdir. Bu fakt Makemakenin Koyper qurşağında məlum olan ən parlaq ikinci kosmik cisim olması səbəbindən təəccüb doğurur. Bu görünüşün olmasının əsas hipotezlərindən biri peykin Günəşin təsirindən itirdiyi buz hissəciklərini özündə saxlaya biləcəyək qədər cazibə qüvvəsinə sahib olmaması göstərilir.Mike Wall (26 April 2016). "Distant Dwarf Planet Makemake Has Its Own Moon" . Space.com. Retrieved 26 April 2016.
MK2-in orbitini müəyyən etmək üçün əlavə müşahidələrin aparılmasına ehtiyac var. Peykin orbitinin dairəvi olduğu müşahidə olunur. Əgər orbitin dairəvi olması təsdiq olunarsa, onun keçmişdə baş verən kosmik hadisə nəticəsində yaranması ehtimalı vardır. Əks halda peyk Makemakenin cazibə qüvvəsi tərəfindən tutulmuş hesab olunacaqdır.
Adlandırması Peykin rəsmi kod adı kəşf olunduğu tarix və sırası ilə bağlı verilmişdir. Digər bilinən adı olan MK2 isə Makemake sistemində kəşf olunan 2-ci obyekt olduğu üçün verilmişdir.
Həmçinin bax Makemake (cırtdan planet) Neptunxarici cisim Koyper qurşağı
Xarici keçidlər Hubble Discovers Moon Orbiting the Dwarf Planet Makemake
İstinadlar
Kateqoriya:Neptunxarici cisimlər Kateqoriya:Təbii peyklər