Zübeyr ibn Əvvam (; ) – Məhəmməd peyğəmbərin səhabəsi.

İslamı ilk qəbul edənlərdən olmuş və bu səbəbdən də təqiblərə məruz qalmışdır. 615-ci ildə Həbəşistana, sonra isə Mədinəyə hicrət etmiş, müsəlmanların qureyşlilərlə apardığı bütün döyüşlərdə iştirak etmişdir. Məhəmməd peyğəmbərin vəfatından sonra Raşidi xəlifələrin dövründə Zübeyr Xilafətin Bizansa qarşı apardığı müharibədə də vuruşmuşdur. Xəlifə Ömər tərəfindən xəlifəliyi irəli sürülən altı namizəddən biri olmuşdur. O, xəlifə Osmanın öldürülməsinə qədər siyasətdən uzaq qalmışdır. O, əvvəllər Əli ibn Əbu Talibin xəlifəliyini tanısada, Cəməl döyüşündə ona qarşı vuruşmuş orada da həlak olmuşdur.

Mənbə A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 285. ISBN 5-89968-070-9.

İstinadlar

Kateqoriya:Bəsrədə vəfat edənlər Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Bəni-Əsəd (Qureyş) Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:Hədis alimləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ərəb generallar