"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib.
Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib.
Haqqında Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi. O, Aleksandra Savior ilə debüt albomu hazırlayarkən mahnının sözlərini birlikdə yazdı. Bunun ardınca onlar mahnının Saviorun albomuna uyğun gəlmədiyini hiss etdilər, buna görə də mahnı The Last Shadow Puppets qrupunun oldu. Savior mahnını rədd etdi, çünki o, albomunda narkotik satıcısı haqqında yazılmış mahnı olmasını istəmədi, mahnının onun yaşadığı həyatla heç əlaqəsi yox idi.
İstinadlar
Kateqoriya:2016-cı ilin sinqlları Kateqoriya:2016-cı ilin mahnıları