Matis Tel () — Bundesliqa təmsilçisi "Bayern Münxen" klubundan icarə əsasında Premyer Liqa klubu "Tottenhem Hotspur"da hücumçu kimi çıxış edən fransalı peşəkar futbolçu. Klub karyerası
"Renn" Paris FK- nın gənclər akademiyası oyunçusu Tel 2020-ci ildə Renn-ə transfer olunub. Peşəkar debütünü 15 avqust 2021-ci ildə keçirilən "Brest" ilə liqa matçında edib. Matç 1—1 hesablı heç-heçə ilə yekunlaşıb. 16 yaş 110 gündə debütü onu Renn üçün rəsmi matçda meydana çıxan ən gənc oyunçu etdi. Bu rekord əvvəllər Eduardo Kamavinqa'ya məxsus idi.
"Bayern Münhen" 26 iyul 2022-ci ildə Tel Bundesliqa klubu Bayern Münhen ilə 5 illik müqavilə imzaladı. Renn-ə ödənilən transfer haqqı bonuslar daxil olmaqla 28,5 milyon avro olub. 31 avqust 2022-ci ildə DFB-Pokalda Viktoria Köln üzərində 5-0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolunu vuraraq, 17 yaş 126 gündə olan matçda klub tarixində ən gənc qol vuran oyunçusu oldu. O Bundesliqada ilk qolunu 10 sentyabr 2022-ci ildə Ştutqartla matçda vurdu. Matç 2-2 hesablı heç-heçə ilə yekunlaşdı və bununla da o, Bundesliqada klubun ən gənc qol vuran oyunçusu oldu.
"Tottenhem Hotspur"a icarə 3 fevral 2025-ci ildə o, 2024–25 mövsümünün qalan hissəsi üçün yayda 50 milyon funt sterlinq məbləğində daimi transfer seçimi ilə Premyer Liqa klubu "Tottenhem Hotspur"a icarəyə verildi. 9 fevralda o, İngiltərə Kubokunda "Aston Villa"ya 2:1 hesabı ilə məğlub olduqları səfər matçının əlavə vaxtında "Tottenhem" üçün ilk qolunu vurdu.
Beynəlxalq karyerası Tel hal-hazırda beynəlxalq fransalı oyunçudur. Həyatı Fransada anadan olan Tel Qvadelupa əsillidir. Karyera statistikası
+Klub, mövsüm və asist, matçlar və qollarKlubMövsümLiqaKubokKontinentalDigərToplamDivizionMatçlarQollarMatçlarQollarMatçlarQollarMatçlarQollarMatçlarQollarRenn B2021–22Milli Çempionat 366———66Renn2021–22Liqa 1701020—100Bayern Münhen2022–23Bundesliqa123114000174Cəmi2592160003310 Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Renn FK futbolçuları Kateqoriya:Milli Çempionat 3 (Fransa) futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:Almaniyada legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:Qvadelupa əsilli fransızlar Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları