Aleksandr Mixayloviç Trofimov (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet futbolçusu. Məşqçi. SSRİ idman ustası (1966).

Klub karyerası Aleksandr Trofimov 11 sentyabr 1937-ci ildə Bakı şəhərində anadan olub. 15 yaşında ikən Bakının "Trudovıye rezervı" klubunun gənclər komandasında futbolla məşğul olmağa başlayıb.

1956-cı ildə Azərbaycanın gənclərdən ibarət yığmasının heyətində Ümumittifaq Spartakiadasının finalında çıxış edərkən onu "Trudovıye rezervı" İdman Cəmiyyətinin Lipetsk rayon şurasının rəhbəri İvan Teymurazov bəyənərək komandalarına dəvət edib. 1957-ci ildən "Trudovıye rezervı" komandasında çıxış edən texniki cəhətdən bacarıqlı və güclü zərbələrə malik bakılı, ilk oyundan yerli azarkeşlərin sevimlisinə çevrilib.

Lipetsk komandasında dörd mövsüm oynadıqdan sonra Bakıya qayıdan Trofimov, respublikanın əsas komandası olan "Neftyanik" komandasına cəlb edilib. 1970-ci ilə qədər burada çıxış edən futbolçu, klubun heyətində ümumilikdə 265 oyun keçirib, 9 qol vurub.

Məşqçi karyerası 1973-1974-cü illərdə "Neftçi" klubunda ikinci məşqçi kimi fəaliyyət göstərib. 1978-ci ildə Stepanakertin "Qarabağ" komandasına baş məşqçi təyin olunub.

Müxtəlif illərdə Mingəçevirin "Avtomobilist" komandasında məşqçi (1981), rəis (1985-1986) və baş məqşçi (1987) funksiyalarını yerinə yetirib.

1992-ci ildə Azərbaycanın yüksək dəstə təmsilçisi — Salyanın "Plastik" komandasında baş məşqçi kimi çalışıb.

1995-2002-ci illər aralığında Lipetsk vilayətinin futbol çempionatında çıxış edən "Spartak" klubunda baş məşqçi işləyib. Komanda onun rəhbərliyi altında çempionatın qızıl (1995), gümüş (1997, 1999) və bürünc (1996) mükafatçısı olmuş, həmçinin regional Kuboku (1995, 1996) qazanmışdır.

Şəxsi həyatı Aleksandr Trofimov peşəkar voleybolçu olmuş xanımla ailəli olub. Bu evlilikdən Mixail adlı oğlu var. Mixail, atasının yolunu davam etdirərək, peşəkar futbolçu olmuşdur.

İstinadlar

Xarici keçidlər Aleksandr Trofimov Transfermarkt.com saytında

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri