Aleksandr Yevseyeviç Xinşteyn (; ) — Rusiya jurnalisti və siyasətçisi, 5 dekabr 2024-cü ildən Kursk vilayətinin qubernator vəzifəsini icra edən şəxs.

Xinşteyn Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının IV, V, VI, VII və VIII çağırışlarının üzvü olmuşdur (2003–2024). O, 23 noyabr 2019-cu ildən Vahid Rusiya Partiyasının Baş Şurasının katibinin müavini vəzifəsini icra etmişdir. Xinşteyn 2020–2024-cü illərdə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin sədri olmuşdur.

Xinşteyn 1990-cı illərdə bir sıra qalmaqallı jurnalist araşdırmaları dərc etmişdir. Bu araşdırmalar əsasında yüksəkvəzifəli şəxslərə qarşı cinayət işləri başlanmışdır. O, 10 kitabın müəllifidir. Xinşteyn Rusiya federal televiziya kanallarında sosial-siyasi proqramların daimi iştirakçısıdır. Burada o, hökumətyönlü mövqedən çıxış edir.

Rusiyanın Ukraynaya hücumu səbəbindən Xinşteyn Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və bir sıra digər ölkələr tərəfindən beynəlxalq sanksiyalara məruz qalmışdır.

Həyatı Aleksandr Yevseyeviç Xinşteyn 26 oktyabr 1974-cü ildə Moskvada yəhudi ailəsində anadan olmuşdur. Atası Yevsey Abramoviç Xinşteyn (1929-cu il təvəllüdlü) və anası İnna Abramovna Regirer (1940–2017) mühəndis idiıər. Anasının atası, serjant Abram Xaritonoviç Reqirer (1908–1943), Krolevets şəhərindən idi. O, İkinci Dünya müharibəsi zamanı 1943-cü ilin avqustunda Proletarskoye və Vodyaxovka kəndləri ərazisindəki döyüşlərdə həlak olmuşdur.

Təhsili Aleksandr Xinşteyn 1991-ci ildə Moskvanın 193 nömrəli orta məktəbini bitirmişdir.

Xinşteyn 1996-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşЧеченцы избили и ограбили жену журналиста Александра Хинштейна "NEWSru.com", 03.06.2003Александр Хинштейн интернет-ресурс Agentura.Ru və 2001-ci ildə buranı bitirmişdir. 2007-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirərək daxili xidmətin kiçik leytenantı xüsusi rütbəsinə layiq görülmüşdür. 2013-cü ildə Rusiya Prezidenti yanında İqtisadiyyat və Dövlət İdarəetmə Akademiyasında "İdarəetmə kadrlarının ən yüksəksəviyyəli ehtiyatının yenidən hazırlanması proqramı" üzrə peşəkar yenidənhazırlanma kursunu başa vurmuşdur.

Jurnalistika fəaliyyəti 1991-ci ildə "Moskovski Komsomolets" qəzetində sərbəst müxbir kimi fəaliyyətə başlamış və 1992-ci ildə qəzetin ştatına daxil edilmişdir. Əvvəlcə müxbir kimi "Hadisələr" bölməsi üçün yazılar yazmışdır, lakin sonradan baş redaktor Pavel Qusevin rəhbərliyi altında siyasi müşahidəçi olmuşdur.

1994-cü ilin sonunda Vladimir Jirinovski haqqında böyük bir məqalə dərc etmişdir. O, burada ilk dəfə olaraq Rusiya Liberal-Demokrat Partiyasının lideri haqqında az məlum olan faktları təqdim etmişdir, lakin Xinşteyn 15 noyabr 1996-cı ildə "Moskovski Komsomolets"də Boris Yeltsinin seçki qərargahının əməkdaşları arasında 22 iyun 1996-cı ildə baş tutan söhbətin səs yazısının transkriptini dərc etdikdən sonra geniş şöhrət qazanmışdır. Bu şəxslər arasında keçmiş baş nazirin birinci müavini Anatoli Çubays, dövlət başçısının birinci köməkçisi Viktor İlyuşin və Most Qrupunun ictimaiyyətlə əlaqələr üzrə baş direktorunun müavini Sergey Zverev var idi. Söhbət bir qrup sahibkar (Boris Berezovski, Vladimir Qusinski, Anatoli Çubais və digərləri) ilə prezidentin təhlükəsizlik xidmətlərinin rəhbərləri (Prezident Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Korjakov və Federal Təhlükəsizlik Xidmətinin direktoru Mixail Barsukov) arasında "Xerox qutusu" ilə bağlı münaqişəyə toxunurdu.

Xinşteyn 1996–1998-ci illər arasında FAPSI-də korrupsiya ilə bağlı bir neçə material dərc etmişdir. Bu, Starovoytov–Monastıretski işi ilə nəticələnmişdir.

Xinşteyn 1999-cu ilin əvvəllərində Boris Berezovskiyə məxsus olan "Atoll" özəl təhlükəsizlik şirkətinin fəaliyyəti haqqında bir sıra məqalələr dərc etmişdir. Bu şirkət Yeltsinin ətrafındakı yüksəkvəzifəli şəxslər də daxil olmaqla qanunsuz müşahidələr təşkil edirdi. Yanvar nəşrindən sonra prokurorluq cinayət işi açıb və Berezovski və Abramoviçin nəzarətində olan onlarla obyektlərdə axtarışlar aparılmışdır. Bu axtarışlar müşahidə faktlarını təsdiqləmişdir, lakin Xinşteynin haqqında yazdığı Daxili İşlər nazirinin müavini Vladimir Ruşaylo dəlil materiallarını "Atoll"a geri qaytarmışdır. Tezliklə Xinşteyn özü müşahidə altına alınmış və telefon danışıqları dinlənilmişdir.

Xinşteynin öz etirafına görə, o, jurnalist kimi çalışarkən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmiş, onların nümayəndələrindən video yazılar və digər materiallar almışdır.

1999-cu ilin sentyabrından 2002-ci ilin dekabrına qədər Aleksandr Xinşteyn TVC telekanalında "Gizli materiallar" adlı həftəlik informasiya-publisistik proqramın müəllifi və aparıcısı olmuşdur.

Xinşteynin Mixail Fradkovun hökumətində 2004-cü ilin martında Səhiyyə və Sosial İnkişaf naziri vəzifəsini tutan Mixail Zurabova qarşı çıxışları geniş tanınmışdır. Jurnalist tezliklə aldığı məlumatlara görə, Zurabovun ailəsinin Moskva vilayətinin İstra rayonunda özəlləşdirilməsi mümkün olmayanАлександр Хинштейн нашел в Истринском районе Подмосковья не принадлежащий приватизации участок земли, отданный Михаилу Зурабову.— МК-Новости, 06.07.2004 və son dərəcə aşağı qiymətəАлександр Хинштейн. Главный рвач страны.— Московский комсомолец, 26.01.2005 torpaq sahəsi aldığını bildirmişdir. Bu iş böyük ictimai rezonans doğurmuşdur. Nəticədə, torpağın statusu dəyişdirilərək istirahət məqsədləri üçün istifadə edilə bilən sahəyə çevrildikdən sonra prokurorluq Zurabova qarşı iddialardan imtina etmiş, bu da torpağın satışına mane olmamışdır.Владимир Перекрест. Юлии Зурабовой прописали прогулки на свежем воздухе.— Известия, 10.03.2005

Xinşteyn Zurabova qarşı başqa ittihamlar da irəli sürmüşdür. Zurabovun təklif etdiyi sosial imtiyazların monetizasiyası islahatı (2005), jurnalistin fikrincə, Zurabovun himayəsi altında olan böyük əczaçılıq və tibbi sığorta şirkətlərinin maraqları naminə aparılmışdır.Александр Хинштейн. Главный рвач страны.— Московский комсомолец, 26.01.2005 2006-cı ildə Federal İcbari Tibbi Sığorta Fondunda baş verən qalmaqalda direktor Andrey Taranov da daxil olmaqla yeddi rəhbər şəxs büdcə vəsaitlərinin mənimsənilməsi və rüşvət ittihamı ilə həbs edilmişdir.Александр Хинштейн. Летальный исход Зурабова.— Московский комсомолец, 18.11.2006 2007-ci ildə Xinşteyn Zurabovu tənqid etməyə davam etmiş və onun istefasını tələb etmişdir. Buna digər səbəb ölkədə subsidiyalı dərmanların kəskin çatışmazlığı idi.Александр Хинштейн. Грозный Зурабов.— Московский комсомолец, 13.03.2007 Zurabov 2007-ci ilin sentyabrında bütün kabinetlə birlikdə istefa vermişdir.

2005-ci ilin yayında, artıq Dövlət Dumasının deputatı olan Aleksandr Xinşteyn Moskvanın şimal-qərbindəki Troytsa-Lıkovo rayonunda yerləşən "Sosnovka-1" və "Sosnovka-3" dövlət bağlarının özəlləşdirilməsi haqqında "Moskovski Komsomolets"də bir sıra məqalələr dərc etmişdir. Onların satışı 2003-cü ildə ovaxtkı Baş nazir Mixail Kasyanovun əmri ilə qərara alınmışdır. Kasyanovun özü bir bağın alıcısı olmuş, digəri isə iş adamı Mixail Fridman tərəfindən alınmışdır. 2006–2007-ci illərdə auksionun nəticələri ləğv edilmiş və bağlar dövlətə qaytarılmışdır.

Dövlət Dumasında thumb|250px|Aleksandr Xinşteyn 2012-ci ilin yazında Tolyatti şəhər meriyasında aldadılmış səhmdarlarla bağlı iclasda.

Aleksandr Xinşteyn ilk dəfə 1999-cu il dekabrın 19-da Dövlət Dumasına seçilməyə cəhd etmişdir. O, Rusiya Federasiyası Dövlət Dumasının III çağırışına Moskvanın 197 saulı Orexovo-Borisovski təkmandatlı seçki dairəsindən (Moskva) seçici qrupu adından namizəd olmuşdur. Səsvermənin nəticələrinə görə, o, 16,13% nəticə ilə ikinci yeri tutmuşdur. Dairədən deputat Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin keçmiş direktoru Andrey Nikolayev (17,9%) olmuşdur.

IV, V və VI çağırışlar 2003-cü ildə Aleksandr Xinşteyn Vahid Rusiya Partiyasına qoşulmuşdur. Həmin il 7 dekabr tarixində Nijni Novqorod vilayətinin 122 saylı Semenovski təkmandatlı seçki dairəsindən Rusiya Federasiyası Dövlət Dumasının IV çağırışına seçilmişdir. O, 38,79% səs toplayaraq Aqrar Partiyasından namizəd Nikolay Kosterindən (19,22%) iki dəfə çox səs almışdır. Dumada Vahid Rusiya fraksiyasına qoşulmuş, 2004–2005-ci illərdə təhlükəsizlik komitəsinin üzvü olmuş, 2005-ci ilin aprelindən isə sənaye, tikinti və elmi-texnoloji komitənin sədr müavini vəzifəsini icra etmişdir. Aleksandr Xinşteyn həmçinin, yol tikintisinin maliyyələşdirilməsi və yol tikintisinə investisiyalar üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi təcrübəsini öyrənmək üçün işçi qrupun həmsədri kimi xidmət etmişdir. O, Rusiya Aviasiya və Kosmonavtika fraksiyalararası birliyinin üzvü, həmçinin Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının informasiya siyasəti və ictimai təşkilatlarla əlaqələr üzrə komissiyasının sədr müavini olmuşdur.

2004–2005-ci illərdə Xinşteyn hökumətin imtiyazların monetizasiyası islahatını tənqid etmişdir. Bu islahat natura şəklində olan güzəştlərin pul kompensasiyası ilə əvəzlənməsini nəzərdə tuturdu. Həmçinin, 2005-ci ilin yanvar ayının sonunda o, Rusiya Federasiyası Kommunist Partiyası və "Rodina" fraksiyalarının təşəbbüsü ilə Mixail Fradkov hökumətinin istefası məsələsinin Dumada müzakirəyə çıxarılması təklifi ilə 101 deputatın müraciətini imzalanmışdır. Sonradan Xinşteyn layihənin əsaslandırılması ilə razılaşmayaraq imzasını geri çəkmişdir.

Xinşteyn 2006-cı ildən "aldadılmış səhmdarlar" probleminə fəal şəkildə cəlb olunub və bu sahədə bir sıra qanunlar təşəbbüs etmişdir. O, Vahid Rusiya Partiyasının investorların və payçıların hüquqlarının müdafiəsi üzrə işçi qrupuna rəhbərlik etmişdir. Zərərçəkmiş vətəndaşların problemlərinin həlli üçün işləri koordinasiya etmişdir. 2016-cı ilə qədər partiyanın Baş Şurasının Prezidiumunun investorların və payçıların hüquqlarının müdafiəsi üzrə işçi qrupuna rəhbərlik etmişdir.

Xinşteyn 2007-ci ildə Vahid Rusiya siyahıları ilə Dövlət Dumasına yenidən seçilmiş və 56 saylı regional qrupda (Nijni Novqorod vilayəti) dördüncü nömrə olmuşdur. V çağırış Dövlət Dumasında Vahid Rusiya fraksiyasının üzvü olmuş, Sənaye Komitəsinin üzvü, avtomobil sənayesi üzrə alt komitənin sədri və Korrupsiyaya qarşı mübarizənin qanunvericilik təminatı üzrə Komissiyanın üzvü kimi xidmət etmişdir.

2009-cu ildə Aleksandr Xinşteyn Rusiya Federasiyası Prezidentinin himayəsi altında idarəetmə kadrlarının ehtiyatına ("prezident ehtiyatı") daxil edilmişdir.

Xinşteyn 2011-ci ildə partiyadaxili praymerizlərin nəticələrinə görə deputatlığa namizəd göstərilmişdir. Dekabrın 4-də keçirilən seçkilərdə Vahid Rusiya siyahıları ilə VI çağırış Dövlət Dumasına seçilmiş, 64 saylı regional qrupda (Samara vilayəti) üçüncü nömrə olmuşdur. Xinşteyn nümayəndəlik bölgəsinin dəyişməsini Nijni Novqorod vilayəti hakimiyyətləri ilə qarşılıqlı əlaqədə çətinliklərlə izah etmişdir. O, Dumada partiya fraksiyasının üzvü olmuşdur. Xinşteyn Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Duması Komitəsinin sədr müavini vəzifəsini tutmuşdur.

Rosqvardiya Xinşteyn 2016-cı ilin mayında Vahid Rusiya Partiyasının praymerizlərində iştirakdan imtina etmişdir. Bu, Nijni Novqorod və Samara vilayətlərindəki yüksəkvəzifəli şəxslərlə gərgin münasibətlər fonunda baş vermişdir. Xüsusilə, praymerizlərdən az əvvəl Xinşteyn Samara vilayətinin qubernatoru Oleq Fursovu onun qalmaqallı ad günü tədbiri ilə bağlı kəskin tənqid etmişdir. İlkin səsvermədə iştirakdan imtina etməsi onun VII çağırış Dövlət Duması seçkilərində iştirak imkanını bağlamışdır. Bundan sonra Xinşteyn yeni vəzifə almış və Vahid Rusiya Partiyasının Baş Şurasının katibi Sergey Neverovun media üzrə məsləhətçisi olmuşdur. O, bu vəzifədə elitalararası münaqişələrin olduğu bölgələrdə Dövlət Duması seçkiləri ilə bağlı məsuliyyət daşımışdır.