Macaca pagensis — həmçinin Pagai makakı və ya Bokkoi kimi tanınan, Sumatra adasının qərb sahilində yerləşən Mentavi adalarına endemik olan bir Köhnə Dünya meymunu. Davamlı şəkildə azalan yaşayış mühiti səbəbində Qırmızı kitabda "kritik təhlükə altında" olaraq qeyd edilmişdir. Macaca pagensis əvvəllər daha tünd rəngli Siberut makakını yarımnöv kimi əhatə edirdi, lakin bu təsnifat polifiletik olduğu üçün iki növ ayrıca təsnif edilmişdir. Hər ikisi əvvəllər cənub donuzquyruq makakının yarımnövləri hesab edilirdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Cənub-Şərqi Asiya məməliləri Kateqoriya:Meymunlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər