Pellorneum macropterum (Borneo bataqlıq bebleri) — "Pellorneidae" fəsiləsinə aid olan bir quş növü.
Taksonomiya
Borneo bataqlıq bableri 1868-ci ildə italyan zooloqu Tommazo Salvadori tərəfindən, Kalimantanda toplanmış nümunə əsasında təsvir edilmişdir. Salvadori bu növü qısaqanadlar cinsi olan "Brachypteryx"-ə daxil etmiş və binominal adını "Brachypteryx macroptera" qoymuşdur. Növün epiteti qədim yunan dilində "uzun qanadlı" mənasını verən "makropteros" sözündən gəlir ("makros" – "uzun", "pteron" – "qanad"). Borneo bataqlıq bableri indi 1832-ci ildə ingilis təbiətşünası Uilyam Svenson tərəfindən təqdim edilmiş "Pellorneum" cinsinə daxildir. Əvvəllər ağdöş bablerin (Pellorneum rostratum) yarımnövü kimi qəbul edilsə də, səs və genetik fərqlərə əsasən indi ayrı bir növ kimi tanınır və monotipik hesab olunur. Heç bir yarımnöv tanınmır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1868-ci ildə təsvir edilən quşlar Kateqoriya:Nəsli kəsilmək təhlükəsi altında olan növlər