Hipposideridae — Köhnə dünya yarpaqburun yarasaları kimi tanınan yarasa fəsiləsi. Əvvəllər tez-tez Rhinolophidae fəsiləsinin yarımfəsiləsi, Hipposiderinae kimi qəbul edilsə də, indi daha çox müstəqil fəsilə kimi təsnif edilir.Simmons, 2005, p. 365 Bununla belə, "Yinpterochiroptera" yarımdəstəsində ən yaxından "Rhinolophidae" ilə əlaqəlidir.Hutcheon and Kirsch, 2006
Taksonomiya
"Hipposideridae" fəsiləsi 10 müasir cinsi və 70-dən çox növü özündə birləşdirir ki, bunların da əksəriyyəti geniş yayılmış "Hipposideros" cinsinə aiddir.Simmons, 2005, pp. 365–379 Bundan əlavə, bir neçə fosil cinsi də məlumdur; fəsiləyə aid ən qədim fosillər Avropanın orta Eosen dövrünə aiddir.McKenna and Bell, 1997, p. 306 2003-cü ildə Hend və Kirç tərəfindən fərqli bir təsnifat təklif edilmişdir.Hand and Kirsch, 2003, table 3 2009-cu ildə Petr Benda və Peter Vallo "Triaenops", "Paratriaenops" və bəlkə də "Cloeotis" cinsləri üçün ayrıca "Triaenopini" qəbiləsini təklif etdilər.Benda and Vallo, 2009, p. 33 "Hipposideridae"nin bir çox fərqli fəsiləsi var ki, əvvəllər oxşar görünüşlərinə görə eyni hesab edilirdi. Məsələn, "Hipposideridae fulvus", keçmişdə eyni fəsiləyə aid edilən "Hipposideridae Pomona" ilə çox oxşardır. "Macrobullatus", "Hipposideridae"nin yarımnövü hesab edilsə də, əslində fərqli bir fəsiləyə aiddir. "Hipposideridae" növləri arasında mitoxondrial fərqlənmənin artması, bu yarımnövlərin qarışıq vəziyyətdə olmasına səbəb ola bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1891-ci ildə təsvir edilən taksonlar Kateqoriya:Şəbpərələr