thumb|Donald Trampın ABŞ-yə birləşdirilməsini istədiyi bəzi ərazilər: Kanada, Qrenlandiya və Panama kanalı Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ABŞ-nin siyasi təsirini və ərazisini genişləndirmək üçün müxtəlif plan və ideyalar təklif etmişdir. Tramp ikinci andiçmə nitqində ABŞ-nin ərazisini genişləndirməyi birbaşa qeyd etmiş və andiçmə nitqində "açıq tale" ifadəsini işlədən ilk ABŞ prezidenti olmuşdur.
Tramp Qrenlandiyanı ilk dəfə 2019-cu ildə, ilk prezidentliyi dövründə ilhaq etmək istədiyini bildirmişdir. Tramp 2024-cü ildə, ikinci prezidentlik müddətinə seçildikdən sonra Kanada və Panama kanalını ilhaq etmək istəyini də qeyd etmişdir. O, həmçinin Venesuelaya hücum etməyi, Meksikanı ilhaq etməyi, Qəzza zolağını ələ keçirməyi və Katolik Kilsəsinin idarəedilməsinə təsir göstərməyi təklif etmişdir. Trampın Qərb yarımkürəsini ABŞ-nin təsir dairəsi kimi qəbul etmək istəyi Monro doktrinasının dirçəlişi kimi xarakterizə olunmuşdur. 2025-ci ilin dekabr ayında bu il üçün ABŞ-nin Milli Təhlükəsizlik Strategiyası sənədi yayımlanmışdır, bu sənəddə Qərb yarımkürəsini ABŞ-nin təsir dairəsi kimi qəbul etmək istəyi, Tramp administrasiyası tərəfindən Monro doktrinasına "Trampın əlavəsi"nin elan edilməsi ilə rəsmi olaraq qeyd edilmişdir.
YouGov tərəfindən 2025-ci ilin fevral ayında keçirilən sorğuya görə, amerikalıların yalnız 4%-i hərbi güc tələb edən hallarda ABŞ-nin ekspansionizmini dəstəkləyir, 33%-i hərbi və ya iqtisadi güc tətbiq etmədən ekspansionizmi dəstəkləyir və amerikalıların 48%-i isə tamamilə ekspansionizmə qarşıdır.
Trampın nail olduğu hədəflər 2025-ci ilin yanvarında Tramp Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirmişdir. 10 aprel 2025-ci ildə ABŞ və Panama arasında Panama hökumətinin razılığı olduğu müddətcə Amerika qoşunlarının bu ölkədə yerləşdirilməsinə icazə verən birgə müqavilə imzalanmışdır. 14 yanvar 2026-cı ildə ABŞ Venezuela neftini satmağa başlamışdır.
İstinadlar
ABŞ ekspansionizmi ABŞ ekspansionizmi Kateqoriya:Avropafobiya