Əbu Əmr Təqiyyəddin Osman ibn Səlahəddin Əbdirrəhman ibn Musa əş-Şəhrəzuri (; ) — kürd əsilli hədis alimi və fəqih. Müfəssir.

Bioqrafiyası İbn əs-Salah hicri 577-ci (1181) ildə Şimali İraqın Şərəhən kəndində anadan olub. O, bölgənin tanınmış kürd ailələrindən birinə mənsubdur. Nisbələri "Nəsri", "Kürdi" və "Şərəhəni"dir.

İbn əs-Salah Quranı əzbərləmiş, hədis, qiraət və şafei fiqhini öyrənmişdir. Tələbəlik etdiyi müəllimləri İbn əs-Səmin Ubeydullah ibn Əhməd, Əbu İshaq əş-Şirazi, İbn Sükeynə, İbn Təbərzad Ömər ibn Məhəmməd, İbn əl-Müəzzim Əbdürrəhman ibn Əbdülvəhhab, Mənsur ibn Əbdülmönim əl-Furəvi, Müəyyəd ibn Məhəmməd ibn Əli ət-Tusi, İbn əs-Səffar Qasım ibn Əbu Səd Abdullah, İbn Dihyə əl-Kəlbi, Əbdürrəhim ibn Əbdülkərim əs-Səmani, Əbdülkərim ibn Məhəmməd ər-Rəfii, İbn əl-Üstad Əbdürrəhman ibn Abdullah, Əbu Mənsur ibn Əsakir və Ruhavidir.

Təhsilini başa vurduqdan sonra Qüdsdə yerləşən Nasiriyyə mədrəsəsində müəllimi kimi fəaliyyət göstərmişdir. Burada onun 27-ci müəllim olduğu qeyd edilir. Daha sonra Dəməşqə gedərək burada həm müfti, həm də Rəvahiyyə mədrəsəsində müəllim işləmişdir. Bu mədrəsədə dərs deyən ilk müdərris olmuş və bu vəzifəni on üç il ərzində icra etmişdir. Daha sonra Əşrəfiyyə mədrəsəsini təsis etdikdə burada məşihət (dekanlıq) vəzifəsinə təyin olunmuşdur.

Tələbələri arasında isə Kamaləddin İshaq ibn Əhməd əl-Məarri, Əbu Məhəmməd Əbdürrəhman ibn Nuh əl-Məqdisi, Səllər ibn Ömər əl-Ərbili, Əbu Şamə əl-Məqdisi, Məhəmməd ibn Hüseyn ibn Rəzin əl-Həməvi, İbn Xəllikan, Əbül-Yumn ibn Əsakir və Əli ibn Məhəmməd əl-Yunini və başqaları vardır.

O, hicri 643-cü (1245) ildə Dəməşqdə vefat edib və Məqbərətüs-Sufiyyə qəbiristanlığında dəfn edilib.

İbn əs-Salah, "Müqəddimətü İbn əs-Salah", "Ədəbül-müfti vəl-müstəfti", "əl-Əmali", "Təbəqatül-fuqəhaiş-Şafeiyyə", "Ülumul-Hədis" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni imamları Kateqoriya:Şeyxülislamlar Kateqoriya:İraq alimləri Kateqoriya:İraq kürdləri Kateqoriya:Kürd yazıçılar