Qasım Mohiuddin — Pakistan diplomatı, Pakistan İslam Respublikasının Azərbaycanda və Gürcüstanda fövqaladə və səlahiyyətli səfiri.İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 05 avqust 2024 Pakistanın Azərbaycanda səfiri Pakistan İslam Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Haqqında Qasım Mohiuddin Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsinə malikdir. 2005-ci ildən Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyində işləyir.Ambassador of the Islamic Republic of Pakistan to the Republic of Azerbaijan with concurrent accreditation to Georgia Qasim Mohiuddin

İslamabadda XİN-in Birləşmiş Millətlər Təşkilatı, Cənub-Şərqi Asiya və Sakit Okean və Körfəz regionu daxil olmaqla müxtəlif şöbələrində xidmət etmişdir. Həmçinin XİN-in Prezident Katibliyində direktor vəzifəsində çalışmışdır.

2009-2013-cü illərdə Tehranda Pakistan nümayəndəliyində Siyasi məsələlər üzrə birinci katib olmuşdur.

2014-2018-ci illərdə Küveyt səfirliyində müavin vəzifəsində çalışıb.

2020-2024-cü illərdə Pakistanın ABŞ-dakı səfirliyində İqtisadi Məsələlər üzrə məsul katib, sonra Vaşinqtonda Müvəqqəti işlər üzrə vəkil vəzifələrində çalışıb.

2024-cü ildən Pakistanın Azərbaycanda və Gürcüstanda fövqaladə və səlahiyyətli səfiridir.İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Sumaira Mohiuddin ilə evlidir, bir oğlu, bir qızı var.

Həmçinin bax Pakistanın Azərbaycandakı səfirliyi Azərbaycanın Pakistandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Azərbaycanın Pakistandakı səfirliyinin Rəsmi sayti Pakistanın Azərbaycandakı səfirliyinin Rəsmi sayti

Kateqoriya:Pakistan Kateqoriya:Pakistanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Pakistanın ikitərəfli əlaqələri Kateqoriya:Pakistan səfirləri Kateqoriya:Pakistan diplomatları Kateqoriya:Azərbaycan–Pakistan münasibətləri Kateqoriya:Pakistanın Azərbaycandakı səfirləri