İslam İbrahimov (tam adı: İslam İsmayıl oğlu İbrahimov; ) — Azərbaycan sənətşünası, ədəbiyyatşünası, tənqidçisi, estetiki, tərcüməçisi, dramaturqu və pedaqoqu.

Həyatı və fəaliyyəti İslam İbrahimov 1922-ci il dekabrın 25-də Tiflis şəhərində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən İslam əvvəlcə Şəkər nənənin himayəsində, daha sonra isə Bakıda böyük qardaşı Əjdərin (sonralar Əməkdar hüquqşünas Əjdər İbrahimovun) yanında boya-başa çatıb.

Orta təhsil aldıqdan sonra 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1944-cü ildə təhsilini başa vurub. Həmin il "Kommunist" qəzetində tərcüməçi kimi fəaliyyətə başlayıb.

1945-ci ilin sonlarında işdən azad edilərək Moskvaya göndərilib və burada SSRİ Komissarlar Sovetində Azərbaycan nəşri şöbəsinin redaktoru təyin edilib.

1949–1953-cü illərdə A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun aspiranturasının fəlsəfə-estetika şöbəsində təhsil alıb. Bir müddət Moskvada "Literaturnaya qazeta"da Azərbaycan üzrə müxbir işləyib və Azərbaycana qayıdıb.

Azərbaycana qayıtdıqdan sonra aşağıdakı vəzifələrdə çalışıb:

Bakı kinostudiyasında ssenari şöbəsinin böyük redaktoru (1955–1958) Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1958–1959) "Azərbaycan" jurnalında tənqid şöbəsinin müdiri (1959–1965)

1961-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Şərqşünasların XXV beynəlxalq konqresində iştirak edib.

1965-ci ildən ömrünün sonuna qədər M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərib.

1954-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub.

Yaradıcılığı İlk yazıları 1944-cü ildə çap olunub. 1950-ci ildən etibarən dövri mətbuatda elmi-nəzəri və tənqidi yazılarla müntəzəm çıxış edib. Bu məqalələrin bir qismi "Əsr və sənətkar" (1966) kitabında toplanıb.

İ. İbrahimov tənqidçiliklə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. O,

"Bakının bir günü" (1967) sənədli filminin ssenarisini, C. Cabbarlı adına Kirovabad (indiki Gəncə) Dövlət Dram Teatrında səhnəyə qoyulmuş "Anaların divanı" (1968) faciəsini, "İşıqlı gecələr" ("İliç Buxtası", 1969) kinossenarisini, Azərbaycan radiosunda səsləndirilmiş "İnsanlar – köçəri quşlar" (1970) pyesini, "O, belə məğrur idi" (1974) kinossenarisini, "Həftənin altıncı günü" (1974) və "Tələbələr" (1978) pyeslərini, Cəlil Məmmədquluzadənin hekayələri əsasında işlədiyi "Quzu" (1985) pyesini yazıb.

Tərcüməçi kimi Mark Tvenin hekayələrini, Cek Londonun "Martin İden", Səbahəddin Əlinin "Asfalt yol", Mixail Bubennovun "Ağcaqayın", Layoş Meşterhazinin "Prometey müəmması" romanlarını, Tennessi Uilyamsın "Şüşə heyvanxana" pyesini, "Hindistan və Pakistan" hekayələrini, Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" povestini, Vladimir Razumnının "Həyatın estetikası" kitabını və başqa əsərləri rus dilindən Azərbaycan dilinə tərcümə edib.

Bundan başqa, Məmmədcəfər Cəfərovun "Hüseyin Cavid" monoqrafiyasını Azərbaycan dilindən rus dilinə, Nazim Hikmətin bir neçə pyesini isə türk dilindən rus və Azərbaycan dillərinə tərcümə edib.

Əsərləri

Kitabları Əsr və sənətkar (kitab). Bakı, Azərnəşr, 1966, səh. 188. Marksist-Leninçi estetikanın əsasları (5, 6, 7, 8, 9 – VI fəsil, səh. 190–225). Bakı, Maarif, 1979, 320 səh. (Həmmüəllif).

Bədii əsərləri Bakının bir günü (1966) – "Bakı haqqında 10 dəqiqə" adı ilə "Azərbaycanfilm" kinostudiyasında rejissor Yalçın Əfəndiyev tərəfindən çəkilmiş sənədli filmin ssenarisi, həmmüəllif Nataliya Şneyer. Anaların divanı (3 pərdə, 9 şəkilli faciə, 1968) – Gəncə Dövlət Dram Teatrında rejissor Vaqif Şərifovun quruluşunda səhnəyə qoyulub, ilk tamaşası 11 oktyabrda oynanılıb. Azərbaycan, 1968, № 3, səh. 15–55. İşıqlı gecələr ("İliç Buxtası", kinossenari, 1969). İnsanlar – köçəri quşlar (pyes, 1970, Azərbaycan radiosunda radiotamaşa kimi hazırlanıb). O, belə məğrur idi (kinossenari, 1974). Həftənin altıncı günü (pyes, 1974). Tələbələr (pyes, 1978). Quzu (C. Məmmədquluzadənin hekayələri əsasında pyes, 1985).

Tərcümələri Назим Хикмет. Стихи. Moskva, Гослитиздат, 1951 (tərcüməçi, tərtibçi və ön sözün müəlliflərindən biri). Səbahəddin Əli. Asfalt yol (roman). Bakı, Uşaqgəncnəşr, 1951. Mark Tvenin hekayələri. Bakı, Azərnəşr, 1953. Hindistan və Pakistan hekayələri. Bakı, Azərnəşr, 1955 (tərcüməçilərdən biri). Bubennov Mixail. Ağcaqayın (roman). Bakı, Azərnəşr, 1956. Nazim Hikmət. Şöhrət və ya unudulan adam (pyes). Azərbaycan jurnal, 1961, № 11, səh. 26–53. Cek London. Martin İden (roman). Bakı, Uşaqgəncnəşr, 1962. Aytmatov Ç. Qırmızı yaylıqlı qovağım mənim (povest). Bakı, Azərnəşr, 1962. Nazim Hikmət. Əsərləri (2 cilddə), II cild. Bakı, Azərnəşr, 1963 (tərcüməçilərdən biri). Meşterhazi Layoş. Prometey müəmması (roman). Bakı, Yazıçı, 1984. Məmməd Cəfər. Hüseyn Cavid (monoqrafiya). Bakı, Elm, 1982. Razumnı Vladimir. Estetika və həyat (monoqrafiya). Bakı, Gənclik, 1967. Cəfərli T. Marksist-Leninçi etikanın əsas məsələləri (dərslik). Bakı, Azərnəşr, 1970. Uilyams Tennessi. Şüşə heyvanxana (pyes). 1985-ci ildə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Bəhram Osmanovun quruluşunda tamaşaya qoyulub.

Haqqında yazılanlar

Mənbə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1985-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan tənqidçiləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Azərbaycan pedaqoqları