Brandolini qanunu (və ya "cəfəngiyat asimmetriyası prinsipi") — 2013-cü ildə italyan proqramçı Alberto Brandolini tərəfindən irəli sürülmüş internet aforizmi. O, yanlış məlumatı təkzib etməyə sərf olunan səy ilə onu ilk növbədə yaratmağın nisbətən asan olmasını müqayisə edir. Aforizm belədir:
Cəfəngiyyatı təkzib etməyin çətinliyi təkcə vaxt aparmasından irəli gəlmir, həm də insanın öz icmasına qarşı çıxmaq və onunla üzləşmək kimi çətinlikləri də əhatə edir.
Aforizm 2013-cü ilin yanvarında italyan proqramçı Alberto Brandolini tərəfindən ictimai şəkildə ifadə edilmişdir. Brandolini keçmiş baş nazir Silvio Berluskoni və jurnalist Marko Travaclionun iştirak etdiyi bir italyan siyasi tok-şousuna baxmazdan əvvəl Deniel Kanemanın "Cəld və yavaş düşünmək" əsərini oxuyarkən ilham aldığını bildirmişdi.
İstinadlar
Kateqoriya:Asimmetriya Kateqoriya:İnternet terminləri Kateqoriya:Yalanla ünsiyyət Kateqoriya:Eponim qanunlar