Elektronikada yarımkeçirici boşqab () (həmçinin dilim () və ya substrat () adlanır) inteqrasiya olunmuş dövrələrin istehsalı üçün, fotovoltayikada isə günəş elementlərinin hazırlanması üçün istifadə edilən kristal silikon (c-Si) kimi yarımkeçirici materialın nazik kəsiyidir.

Boşqab, daxilində və üzərində qurulan mikroelektron cihazlar üçün substrat rolunu oynayır. O, aşqarlanma, ion implantasiyası, aşındırma, müxtəlif materialların nazik təbəqəli çökdürülməsi və fotolitoqrafik naxışlama kimi bir çox mikropreparasiya proseslərindən keçir. Sonda fərdi mikrosxemlər boşqabın kəsilməsi ilə bir-birindən ayrılır və inteqrasiya olunmuş dövrə kimi qablaşdırılır.

Tarixçə Yarımkeçirici sənayesində boşqab termini 1950-ci illərdə, adətən germanium və ya silikondan ibarət olan yarımkeçirici materialın nazik dairəvi kəsiyini təsvir etmək üçün yaranmışdır. Bu boşqabların xarakterik dairəvi forması, adətən Çoxralski üsulu ilə istehsal olunan tək-kristallı külçələrdən qaynaqlanır. Bununla belə, silikon boşqablar ilk dəfə 1940-cı illərdə tətbiq olunmağa başlamışdır.

1960-cı ilə qədər ABŞ-də MEMC və SunEdison kimi şirkətlər tərəfindən silikon boşqabların istehsalına başlanılmışdı. 1965-ci ildə amerikalı mühəndislər Erik O. Ernst, Donald J. Hurd və Gerard Seeley IBM-də çalışarkən ilk yüksək məhsuldarlıqlı epitaksial aparat üçün US3423629A saylı patenti qeydə aldırmışdılar.

İstinadlar

Kateqoriya:Elektronika terminləri