İsmail İncəqara () - Türkiyəli kino, teatr və serial aktyoru, həmçinin səsləndirmə sənətçisidir. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı İplikçi Nədim obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.
Həyatı və Fəaliyyəti İsmayıl İncəqara 19 oktyabr 1950-ci ildə Bursa şəhərində anadan olmuşdur. Uşaqlıq illəri Sakarya və Kanlıca bölgələrində keçmişdir. Orta təhsilini Kabataş Oğlan Liseyində internat şəraitində almışdır. Ali təhsilinə İstanbul Universitetinin İqtisadiyyat fakültəsində başlasa da, daha sonra Hacettepe Universitetinin Ankara Dövlət Konservatoriyasının ali şöbəsini bitirmişdir.
Təhsilini başa vurduqdan sonra Ankara Dövlət Teatrının aktyor heyətinə daxil olmuş, İstanbul Dövlət Teatrı yaradıldıqdan sonra isə fəaliyyətini davam etdirmək üçün İstanbula təyin edilmişdir. 2000–2001 teatr mövsümündə Afife Teatr Mükafatlarında köməkçi rolda “ilin ən uğurlu kişi aktyoru” mükafatına layiq görülmüşdür.
Teatr fəaliyyəti ilə yanaşı, kino, televiziya və səsləndirmə sahələrində də çalışmışdır. Onun iştirak etdiyi layihələr arasında “Dar Alanda Kısa Paslaşmalar” və “Dünyayı Kurtaran Adamın Oğlu” filmləri, həmçinin “Kurtlar Vadisi”, “Deli Yürek” və “Hayat Bağları” televiziya serialları yer alır.”
Ölümü İsmayıl İncəqara 7 oktyabr 2022-ci ildə ürək və böyrək çatışmazlığı səbəbindən İstanbulda 71 yaşında vəfat etmişdir. 8 oktyabr tarixində Beykoz İskəndər Paşa məscidində qılınan cənazə namazından sonra Kanlıca qəbiristanlığında dəfn olunmuşdur.
Teatr tamaşaları 1978 — Kurnaz Avukat — Pierre Pathelin — İstanbul Dövlət Teatrı 1978 — Pof ilə Paf — Ergun Sav — İstanbul Dövlət Teatrı 1979 — Antiqona — Jean Anouilh — İstanbul Dövlət Teatrı 1979 — Yaralı Geyik — Necati Cumalı — İstanbul Dövlət Teatrı 1980 — Bir yay gecəsi yuxusu — William Shakespeare — İstanbul Dövlət Teatrı 1980 — Kiçik şahzadə — Antoine de Saint-Exupéry — İstanbul Dövlət Teatrı 1980 — Kunduz kürk — Gerhart Hauptmann — İstanbul Dövlət Teatrı 1980 — Truva müharibəsi olmayacaq — Jean Giraudoux — İstanbul Dövlət Teatrı 1981 — Barış Gezegeni — Ülker Köksal — İstanbul Dövlət Teatrı 1981 — Kösem Sultan — Turan Oflazoğlu — İstanbul Dövlət Teatrı 1981 — Kül Kedisi — Grimm qardaşları — İstanbul Dövlət Teatrı 1982 — İki əfəndinin qulluqçusu — Carlo Goldoni — İstanbul Dövlət Teatrı 1983 — İstanbul əfəndisi — Musahipzade Celal — İstanbul Dövlət Teatrı 1983 — Şən qadınlar — William Shakespeare — Ankara Dövlət Teatrı 1984 — Yuli Sezar — William Shakespeare — İstanbul Dövlət Teatrı 1984 — Kızılderililər — Arthur Kopit — İstanbul Dövlət Teatrı 1984 — Komediya sənəti — Eduardo de Filippo — İstanbul Dövlət Teatrı 1984 — Lisistrata — Aristophanes — İstanbul Dövlət Teatrı 1985 — Sahibinin səsi — Sevim Burak — İstanbul Dövlət Teatrı 1985 — Torpağı bol olsun — Branislav Nušić — İstanbul Dövlət Teatrı 1986 — Oyunlarla yaşayanlar — Oğuz Atay — İstanbul Dövlət Teatrı 1986 — Toxum və torpaq — Orhan Asena — İstanbul Dövlət Teatrı 1987 — Yeddi kocalı Hürmüz — Sadık Şendil — İstanbul Dövlət Teatrı 1988 — Üç qəpiklik opera — Bertolt Brecht — İstanbul Dövlət Teatrı 1989 — Ballar balını buldum (Yunus Emre) — Nezihe Araz — İstanbul Dövlət Teatrı 1989 — Gardiyan — Turan Oflazoğlu — İstanbul Dövlət Teatrı 1990 — Dün gecə yolda gedərkən çox komik bir şey oldu — Larry Gelbert, Bert Shevelove — İstanbul Dövlət Teatrı 1992 — Kedi oyunu — Istvan Örkeny — İstanbul Dövlət Teatrı 1992 — Kiçik burjuvalar — Bertolt Brecht — İstanbul Dövlət Teatrı 1993 — Hamlet — William Shakespeare — İstanbul Dövlət Teatrı 1995 — IV Murad — Turan Oflazoğlu — İstanbul Dövlət Teatrı 1996 — Kadı — Ülkü Tamer — İstanbul Dövlət Teatrı 1997 — Ay işığında şamata — Haldun Taner — İstanbul Dövlət Teatrı 1998 — Qaranlıqda komediya — Peter Shaffer — İstanbul Dövlət Teatrı 1999 — Özəl həyatları — Noel Coward — İstanbul Dövlət Teatrı 2004 — Otopark cinayətləri — Raşit Çelikezer — İstanbul Dövlət Teatrı 2006 — Tartüf — Molière — İstanbul Dövlət Teatrı 2007 — Bir Şehnaz oyun — Turgut Özakman — İstanbul Dövlət Teatrı 2009 — Kod adı Konqo — Mürsel Yaylalı — İstanbul Dövlət Teatrı 2011 — Və hamısı birlikdə soldan çıxırlar — Kerem Kurdoğlu — İstanbul Dövlət Teatrı 2012 — Hamlet — William Shakespeare — Cef Teatrı Filmoqrafiya
Bədii filmlər 1995 — Avrenosun müştəriləri 2000 — Dar alanda qısa paslaşmalar 2006 — Barda 2006 — Dünyanı qurtaran adamın oğlu 2007 — Zincirbozan 2009 — Kirpi 2011 — Hiç Rıza 2015 — Kocan kadar konuş 2016 — Kocan kadar konuş: Diriliş
Televiziya serialları 1986 — Duvardaki kan 1986 — Kırık hayatlar 1987 — Eylül 1995 — Melek apartmanı 1999 — Deli yürek 2000 — Hayat bağları 2002 — Azad 2003–2005 — Kurtlar vadisi 2004 — Aliye 2006 — Aynı çatı altında 2009 — Yalancısın sen 2010 — Kılıç günü
Mükafatları 2001 — 5-ci Afife Teatr Mükafatları — “Ən yaxşı ikinci plan kişi aktyor” — *Özəl həyatları*
Mənbələr
Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları