Ölkəşünaslıq və ya Regional coğrafiya — coğrafiyanın tədqiqat mövzularını müəyyən bir ərazidə tədqiq edən iş metodu. Sistematik coğrafiyada hadisə və ya mövzunun məkanda paylanması öyrənildiyi halda, regional coğrafiyada regiona öz xüsusiyyətlərini verən hadisələr və qarşılıqlı əlaqələr tədqiq edilərək öyrənilir. Sistematik coğrafiyada əsas faktor "mövzu" olduğu halda, regional coğrafiyada "məkan"dır.
Müəyyən bir məkanı ətrafından ayırıb "Region" kimi müəyyən etmək üçün iki mühüm ünsür lazımdır. Birincisi, region öz daxilində müvafiq mövzular baxımından oxşar olmalıdır. Məsələn: Sənaye regionları; ətrafına nisbətən sənaye müəssisələrinin sıx olduğu, bunun məkanda fərqli əlaqələr və nəticələr yaratdığı ərazilərdir. İkincisi, region öz xaricindəki ərazilərdən fərqlənməlidir. Məsələn, rütubətli dəniz iqlimi zonası öz iqlim şərtlərinə görə kontinental iqlim ərazilərindən ayrılır. Lakin region sərhədləri qəfildən dəyişmir; keçid zonalarında hər iki iqlimin xüsusiyyətlərinin qarışığı müşahidə olunur.
Ənənəvi yanaşmada regionun coğrafi xüsusiyyətləri sadalanaraq təsvir edilməyə çalışıldığı halda, müasir baxış bucağında dəyişikliklər baş vermişdir. Artıq regionun digər yerlərdən fərqlənməsinə səbəb olan amillər ön plana keçmişdir. Regional coğrafiyada ümumi coğrafiya bilikləri əsasında bir region daxilində sintez aparılaraq, həmin məkana aid rəng və xarakter müəyyən edilməyə çalışılır.
Regional coğrafiya () antik dövrlərdən inkişaf etməyə başlamış, Bernhard Varenius və Pol Vidal de la Blaşın səyləri ilə coğrafiyada mühüm yer tutmuşdur. İlk region təsnifatlarını XIX əsrin ortalarında alman alimləri aparmış, daha sonra ingilislər bu prosesi davam etdirmişlər. Helford Makkinder İngiltərə və Avropanın ilk regional xəritələrini tərtib edən elm adamıdır. Vladimir Köppen isə dünyanı bu gün də aktuallığını saxlayan iqlim zonalarına ayırmışdır. Fransız alimləri Köppenin regionları yalnız iqlimə görə müəyyən etməsi fikrinə etiraz edərək, iqlimlə yanaşı relyef formaları və faydalı qazıntıların da nəzərə alınmasını müdafiə etmişlər.
Türkiyədə (və bir çox ölkələrdə) coğrafiya təhsilində region anlayışında dəyişikliklər edilmiş, bu da akademik mühitdə müzakirələrə səbəb olmuşdur. Daha əvvəl coğrafiya elmindən ayrılan Geologiya, Demoqrafiya, Meteorologiya, Şəhər və Region Planlaması sahələrində olduğu kimi, regional coğrafiyanın zəiflədilməsinin "Regionşünaslıq" () adında yeni bir müstəqil sahəyə çevriləcəyi ehtimal edilir.
İstinadlar
Kateqoriya:Coğrafiya tarixi Kateqoriya:Regionşünaslıq Kateqoriya:Ölkəşünaslıq